Bəzi dövlət müəssisələri dividend ödənişə cəlb edilir
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hesablama Palatası "Azər Türk Bank" ASC, "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" və "AzərGold" QSC-lərin dividend ödənişinə cəlb olunmasını təklif edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
"Bu mənbə üzrə mövcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müzakirələr əsasında müvafiq təhlillərin aparılmasını, həmçinin 2023-cü ildə fəaliyyətini mənfəətlə başa vuran müəssisələr, o cümlədən "Azər Türk Bank", "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" və "AzərGold" üzrə dividend ödənişi nəzərdə tutulmasını məqsədəuyğun hesab edirik", - rəydə qeyd olunub.
Baxış sayı:145
Bu xəbər 18 Noyabr 2024 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















