Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

BMU İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

BMU İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

Koreya Respublikasının Azərbaycandakı səfiri Kanq Kımqu Bakı Mühəndislik Universitetində (BMU) olub.

BMU-dan AZƏRTAC-a bildirilib ki, rektor Yaqub Piriyev səfiri universitetdə görməkdən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətlərinin formalaşdığını bildirən rektor təhsil və elm sahələrində əməkdaşlığa diqqət çəkib. Bu baxımdan 2020-ci ildən BMU ilə Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının əhəmiyyətini diqqətə çatdırıb. Rektor vurğulayıb ki, Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan BMU-İNHA ikili diplom proqramı ölkəmizdə yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasına, ali təhsilin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Proqramın uğurla icra olunduğunu və əldə edilən nəticələrin onun davamlılığını təmin etdiyini deyən rektor müddəti 2030-cu ilədək uzadılan İDP çərçivəsində müasir çağırışlar və rəqəmsal iqtisadiyyatın tələbləri nəzərə alınmaqla yeni ixtisas istiqamətlərinin müəyyənləşdirildiyini bildirib. Əlavə edib ki, proqramın ikinci mərhələsi üzrə tədris “Kompüter elmləri / Süni intellekt mühəndisliyi”, “Data analitikası / Data elmləri”, “İnformasiya texnologiyaları” və “Elektrik və elektronika mühəndisliyi” istiqamətləri üzrə həyata keçirilir.

Proqram üzrə statistik göstəricilərə və uğurlu nəticələrə toxunan Yaqub Piriyev əməkdaşlığın prioritet istiqamətlər üzrə daha da genişləndirilməsinin vacibliyini önə çəkib və bunun tərəfdaşlığa yeni məzmun qazandıra biləcəyini qeyd edib.

Səfir Kanq Kımqu Azərbaycanla Koreya arasında təhsil və elm sahəsində əməkdaşlığın önəmini vurğulayaraq, BMU-İNHA ikili diplom proqramının bu əlaqələrin inkişafına mühüm töhfə verdiyini deyib. Həmçinin ali təhsil və texnologiya sahəsində təcrübənin bölüşülməsinin, gənclər arasında akademik və mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib. BMU-nun beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi təşəbbüsləri müsbət dəyərləndirən səfir universitetlə Koreya ali təhsil müəssisələri arasında yeni əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyətini vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud tərəfdaşlığın inkişafı müzakirə olunub.

Daha sonra rektor və səfir BMU-İNHA ikili diplom proqramı üzrə təhsil alan tələbələrlə görüşüb. Çıxışlar zamanı proqram tələbələrinin əldə etdikləri bilik və təcrübələri Azərbaycan ilə Koreya arasında əlaqələrin inkişafı üçün istifadə edəcəklərinə, münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verəcəklərinə inam ifadə olunub. Hazırda İDP üzrə ümumilikdə 319 tələbənin təhsil aldığı, onlardan 117-sinin proqramın birinci mərhələsi üzrə təhsilinin dördüncü ilini Koreyada davam etdirdiyi nəzərə çatdırılıb. Proqramın ikinci mərhələsi üzrə isə 200 tələbə BMU-da 1-ci və 2-ci kurs üzrə təhsil alır. O da qeyd olunub ki, İDP üzrə ümumilikdə 256 tələbə məzun adını qazanıb və onlar öz karyeraları ilə mühüm uğurlara imza atıblar. Eyni zamanda, əməkdaşlığın davamı olaraq, BMU ilə Koreyanın İNHA Universiteti arasında imzalanmış Niyyət Məktubuna əsasən, ikili diplom proqramı üzrə təhsildə fərqlənən məzunların 10 faizinin İNHA Universitetinin magistratura proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüdlə təmin edildikləri, məzunlardan 18 nəfərin bu təqaüdü qazandıqları diqqətə çatdırılıb və tələbələrə belə imkanlardan yararlanmaları tövsiyə olunub.

Görüşdə tələbələrin təhsil təcrübəsi, Koreyada tədris prosesi, akademik mühit və gələcək karyera planları ətrafında söhbət aparılıb, onların sualları cavanlandırılıb.

Səfir BMU-nun elmi-tədqiqat və tədris laboratoriyarına, həmçinin Texnoparkına baş çəkib. O, habelə universitetdə fəaliyyət göstərən Kinq Seconq İnstitutunu da ziyarət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2026 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see325

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see291

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see274

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see268

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see267

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see249

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see246

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see246

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see245

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see241

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see235

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see235

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see231

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see229

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see229

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see220

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see198

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see196

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see190

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri