Icma.az
close
up
RU
“Bəzi futbolçular milliyə düşmək üçün mübarizə aparmalıdırlar” Abbasov

“Bəzi futbolçular milliyə düşmək üçün mübarizə aparmalıdırlar” Abbasov

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının VII turunun “Qəbələ” – “Şamaxı” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı frikirlərini bölüşüb..

– “Qəbələ” turnir cədvəlində bizdə aşağıda olsa da, yaxşı futbol oynayırlar. Mübarizə aparırlar. Əvvəlki oyunlarda etdiyimiz səhvləri bu dəfə etmədik. Sonlarda qol buraxmaq məsələmiz var idi və bu gün də oyunun sonları gərgin keçdi. Çalışdıq ki, səhvləri etməyək. Qarşıda fasilə var. Zədəlilərimiz də qayıdandan sonra daha yaxşı olacağıq. Turnir cədvəlində irəlilədik və xal ehtiyatımızı artırdıq. Bu, bizim üçün önəmlidir.

– Fasilədən necə istifadə edəcəksiniz?
– Planlarımız davam edir. Turun son matçını biz keçirdik. Növbəti turda da biz başlayacağıq. Bu dəfə vaxtımız azdır. Bir tərəfdən yaxşıdır ki, uşaqlar tonusda qalacaq. Oyun baxımından korluğumuz olmayacaq. Futbolçularımız milli komandalarda olacaq.

– Milli komanda ilə müqavilənizin detalları necədir?
– Bəzi məsələlər var ki, detallar bizimlə federasiyaya məxsusdur. Məni maraqlandıran güvən, istək idi. Bunu gördüm. Bu gün real danışmaq lazımdır. Milliyə kömək lazımdır.

– Müddət nə qədərdir?
– Müddəti bildirməklə nəsə dəyişmir. Bu, vacib deyil. Əsas nə istəməyimiz, qarşımıza qoyulan iş planıdır.

– Millidə heyət seçimində nələri üstün tutdunuz?
– Heyəti dəyişmək istəmədik. Çünki bu oyunçularda yaxşı motivasiya var, atmosferi pozmaq istəmədik. Rüfət Abdullazadəni izləmişəm. Mövqeyində rəqabət var. O deyil, daha bir neçə oyunçu var ki, onları yaxından izləyirik. Gələcəkdə onlar da milliyə çağırılacaqlar.

– Mahir Emrelinin klubda işi yaxşı deyil, oynamır…
– Futbolçularımızı qorumalıyıq. Mahirlə söhbətimiz olub. O, klubundakı vəziyyətlə bağlı yəqin, düşünür. Ümumiyyətlə hücumçularımız komandalarında az oynayır. Bizim Mahirə güvənimiz çoxdur. Tək o deyil, digərlərinə də inanırıq. İndi Mahirə dəstək olmalıyıq.

– AFFA rəhbərliyi ilə görüşdə legioner limiti ilə bağlı söhbətiniz oldumu?
– Çempionatda limit olmalıdır, bu, mənim fikrimdir. Millidə işləməyəndə də bunu demişəm. Ancaq futbolçular da düşünməlidir. Bəzən səhv qərarlar verirlər. Oynamağı çətin olacağı klubları seçirlər. Bu gün ən çox yerli futbolçusu oynamayan “Turan Tovuz”dur. Amma heyətlərində kifayət qədər yığmaya namizəd oyunçu var. Bəzi futbolçular milliyə düşmək üçün mübarizə aparmalıdırlar.

– Fransada böyükhesablı məğlubiyyətdən qaçmaq üçün nələri dəyişmək olar?
– Bu haqda düşünməmişəm, bir dəqiqə belə çəkinməmişəm. Narahatedən məqamlar başqadır. Millidə işləyəndə böyük komandalarla oyunlar normaldır. Sabahdan toplanışa başlayırıq. Əsas odur ki, döyüşəcəyik. Meydanda mübarizə aparmaq lazımdır, etsək, düşündüyünüz neqativ şeylər olmayacaq.

– Narahat edən məqam hansıdır?
– Bayaqdan danışırıq, oyunçuların az oynaması.

– Bəs nə üçün oynamayanları çağırırsınız?
– Oynamayanlar o demək deyil ki, zəifdir. Futbolçulara baxmaq, dəyərləndirmək lazımdır.

– “Turan Tovuz”dan Ayxan Hüseynov…
– Oynayır ki?

– Mahir Emreli 6 oyundur, oynamır…
– Ayxan da 6 oyunun 1-də oynayıb. Bu gün razı olardıq ki, 6 ay oynamayan birini çağırım. Bu dəqiqə Mahir bizim ən yaxşı oyunçumuzdur. Onu kənara atmağımız düz olmazdı.

– Futbolçular da dəvət almayanda inciyir…
– Rüfətin oyununa baxdım, qane etmədi. Bizim də baxışlarımız var. Bu gün Rüstəm də oynayır, Rüfət də. Rüfətdə istədiyimizi görsək, çağıracağıq.

– U-21-lə bağlı fikirləriniz nədir?
– Onları da izləyirik. Orda da əsas yığmaya namizəd futbolçular var. İşlər düşündüyümüz kimi getsə, ordan da 4-5 oyunçu yığmaya gələ bilər.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 Oktyabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri