Icma.az
close
up
RU
Ayxan Abbasov: Ad üçün milliyə çağırılmaq düzgün deyil

Ayxan Abbasov: Ad üçün milliyə çağırılmaq düzgün deyil

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XXVI turunun "Şamaxı" - "Sabah" oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Önəmli qələbə idi. Hər xal bizimçün qızıla bərabərdir. Azarkeşlərimiz önündə qələbənin xüsusi önəmi var. Stabillik çatışmırdı, indi ardıcıl qələbələr qazanırıq. Futbolçuları təbrik edirəm. Taktiki baxımdan rəqibə üstünlük vermədik. Qol vurandan sonra nəticəyə oynadıq. İkinci hissə tempin yüksək olmaması normaldır. Bu xal elitada qalmağımıza çox kömək olacaq.

- Rəqib baş məşqçi bildirdi ki, oyunçularınız çox vaxt apardı, gözəl futbol oynamadı. 

- Bu şeylərə fikir vermirən. "Turan Tovuz"la oyunda 82-90+4-ə qədər meydanda futbol olmadı. Bu, normaldır. Əvvəl də qeyd etdim ki, ikinci hissə normal futbol olmadı.

- Edqar Adilxanovu milli üçün hazır hiss edirsiniz?

- Gəlin, tələsməyək. Bir çox futbolçu olub ki, parlayıb və tez də sönüb. Edqarın böyük potensialı var, indi ona kömək etməliyik. Daimi belə oynasa, milliyə namizəd ola bilər. Ad üçün milliyə çağırılmaq düzgün deyil. Gənc yığmaya gedirsə, formanı almalı və verməməlidir. Necə ki, Elvin Cəfərquliyev, Toral Bayramov belə etdi.

- Turnir cədvəlində "Sumqayıt"ı arxada qoydunuz... 

- Kimdən öndə olmağımızın önəmi yoxdur. Əsas elitada qalmaqdır. İki pillə irəli qalxa biləcəyiksə, bizimçün daha yaxşı. 

- Tribunada yeni transferiniz var idi. Durumu necədir? 

- Tibbi baxışdan keçəndən sonra müqavilə imzalanacaq. Pusi gedəndən sonra bu mövqeyə oyunçu axtarırdıq. Bu gün bir hücumçu ilə qalmışıq, ona görə yeni transferə ehtiyac var idi. 

- Komanda son turlarda formadadır. Relsə düşdüyünüzü demək olar?

- Qışdan sonra bəzi matçlarda yaxşı oynadığımızı, ancaq buna görə xal verilmədiyini demişdik. Futbolçulara bildirirdim ki, ruhdan düşmək lazım deyil.

- Əsas vaxta əlavə edilən 7 dəqiqə normal idi?

- Vallah, "Turan Tovuz"la oyunda daha çox dayanma olsa da, 4 dəqiqə əlacə edilmişdi. Cavid Cəlilov pis idarəçilik etmədi, oyunun tempinin çox aşağı düşməsinə imkan vermədi.

- Belə fikir var ki, Ayxan Abbasov "Sabah"ı yaxşı oxuyub...

- Bizim də uda bilmədiyimiz komandalar var.

Nuh Tarverdiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://sport24.az
archiveBu xəbər 09 Mart 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri