Icma.az
close
up
RU
Bəzi insanlar Vezuvi kimidir: gözəl, amma partlayanda hər şeyi yox edə bilir

Bəzi insanlar Vezuvi kimidir: gözəl, amma partlayanda hər şeyi yox edə bilir

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Bəzən səssiz və xoşbəxt görünən insanlar ən təhlükəlilər olur. Onların baxışlarında qasırğa yatır, gülüşlərində dərin yaralar gizlənir. Çoxdandır düşünürəm, başqalarının həyatında itib qalan taleləri, gücünü zəifin üzərində göstərərək özünü böyük sayanları, itirdiyini görmədən hər gün yenidən itirənləri, yalançı məşhurluğun əsarətində yaşayıb arzularını ucuzlaşdıranları.

Biz dəyişirik. Rəhmimiz azalır, humanistliyimiz solur. Heç kim bir anda daş qəlbli olmur, zamanla tükənir. Çünki dünyanın gözəlləşməsi üçün öz işığını sərf edənlər də bir gün qaralır. Amma yenə də insanın ümid gücü möcüzə kimidir, nə qədər tükənsə də, qığılcımı qalır.

Ağıllı olmaq məntiqə əsaslanmaqdır, amma cəsarət qəfil addım atmaqdır. Və bu addım heç bir bazarda satılmır. Geriyə baxmadan gedənlər çox vaxt günahkar elan edilir, halbuki onlar sadəcə öz yolunu seçənlərdir. Məsləhət verənlər isə bəzən öz divarlarını ucalda bilmir. Tək tərəfli mübarizə aparanlar bəzən yolun yarısına çatanda dayanıb bunun mənasız olduğunun fərqinə varırlar.

Mən çox insanlar gördüm: cibində yoxsulluq, qəlbində zənginlik. Çox yazıqlar da gördüm: quru pafosun arxasında gizlənib kişilikdən danışan. Məşhur olmaq asanlaşıb, amma dəyərli qalmaq çətinləşib.

Çoxunun kəpənək ürəyi zamanla güvələrin toxduğu parçaya çevrilir. Bəzilərinin arzulara gedən yolları çox hamardır, çünki zəhmətsizdir. Bizə demişdilər, dəyərli heç bir arzu asanlıqla qazanılmır.

İnkişaf artıq ideya yox, marketinq dəyəri daşıyır. İnsan soruşur: çox qazanıb çox yorulmaq, yoxsa az qazanıb problemləri qucaqlamaq? Mən isə qocalmaqdan qorxuram. Çünki həyata çatdırmaq istədiklərim, ruhlara təsəlli verəcək ideyalarım çoxdur. Amma zaman axır, insan isə həmişə ona uduzur.

Biz zəhmətə doğulandan alışdırılmışıq. Ona görə nə rahat sevinə, nə sakitləşə, nə də özümüzü düşünə bilirik. Qadın bəzən kişi kimi görünməyi seçir – istəyi bu deyil, amma müdafiəsi budur. Əks halda qurdların süfrəsində asan yem olur.

Bu gün metroda qadına yol verən kişi də azdır. Elə otururlar ki, qadın utanıb başını qaldırmalı olur. Cılızlaşmaq fiziki yox, mənəvi yaşamağın iflasıdır. Özünü təsdiqləmək hər kəsin məktəbinə çevrilib. Niyə buna bu qədər ehtiyac duyuruq?

Hər müstəqillik dərhal sorğuya çəkilir: "bəlkə zəminisizdir, sınayaq?" Amma unuduruq ki, şən və qəmsiz görünən insanlar bəzən Vezuv kimidir – gözəl, amma partlayanda Pompeyi yox edə biləcək qədər güclü.

Yenə də bütün bu tənqidlərin içində bir həqiqət qalır: insanın içindəki işıq sönməz. Bəzən zəif görünür, bəzən yorulur, amma bircə qığılcım yenidən alova çevrilə bilər. Və bəlkə də bizi yaşadan da elə budur, sönməyəcəyinə inanmaq...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 27 Sentyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri