Icma.az
close
up
RU
Dövlətlər də insanlar kimidir...

Dövlətlər də insanlar kimidir...

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Biz Avrasiya regionunda inkişaf edən xoşbəxt ölkəyik. Bizim Türkiyə, Rusiya və İran ilə çoxtərəfli əməkdaşlıq əlaqələrimiz var”.

Bu cümlələri Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumundakı çıxışında deyib.

Bəlkə də bu fikir ilk baxışdan qəribə gəlir: belə bir mürəkkəb regionda xoşbəxt ölkə olmaq çox çətindir. Ancaq Azərbaycan, prezident İlham Əliyevin əvvəllər dediyi kimi, regionda sabitlik və təhlükəsizlik adasıdır. Belə olmaqda davam edir. Hikmət Hacıyevin sitat gətirdiyimiz fikirlərini də bu kontekstdə şərh etmək olar. Bu iki cümlədə əslində hər şey, ya da ən azı çox deyilib. Həm də bu fikirlər prezident İlham Əliyevin söylədiyi "təhlükəsizlik adası" sözlərinə qüvvət, o ifadənin bir növ açması, təfsiri deməkdir.

Xoşbəxt ölkə olmaq üçün ilk növbədə təhlükəsiz ölkə olmaq lazımdır. Azərbaycan bu baxımdan bir nümunədir. Bu yaxınlarda terror təhükəsi ilə bağlı nüfuzlu beynəlxalq araşdırmanın nəticələri açıqlanmışdı. Həmin nəticələrə görə Azərbaycan terror təhlükəsinin olmadığı ölkələr sırasında yer almışdı.

Məlumdur ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki qələbə və 2023-cü ildə keçirilmiş bir günlük antiterror tədbirləri Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə nəticələndi. Ölkə öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Bu, Hikmət Hacıyevin də Tehranda dediyi kimi, regionda status-kvonu tamamilə dəyişdi. Cənubi Qafqazda əvvəlki status-kvo hərbi reallıqlar üzərində qurulmuşdu. Azərbaycanın tarixi qələbsindən sonra bölgədə həlledici faktor olaraq siyasi reallıqlar formalaşdı və oturuşdu.

İşğal dövründə Türkiyə, Rusiya, İran kimi böyük regional dövlətlərlə müzakirələr daha çox Ermənistanın işğalçı kimi tanınması və Azərbaycanım ərazi bütövlüyünün dəstəklənməsi üzərində gedirdi. Ancaq Azərbaycan öz gücü ilə, təkbaçına bu mövzuları bağladı. İndi artıq bu mövzular gündəmdən çıxıb. Hazırda Rusiya, İran, Türkiyə kimi iri dövlətlərin də içində yer aldığı regional təhlükəsizlik arxitekturasından və həm ikitərəfli, həm də çoxtərəfli formatlarda iqtisadi tərəfdaşlığın sürətlənməsindən söhbət gedir.

Azərbaycanın öz qonşuları ilə daha əvvəldən movcud olan regional platformalarvə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Vətən müharibəsindəki tarixi qələbədən sonra isə 3+3 platforması da meydana çıxdı və institutlaşmağa başladı. Bu, təkcə periodik olaraq toplaşıb müzakirələr aparmaqla məhdudlaşmır, hər halda Azərbaycanın yanaşmasına görə, 3+3 platforması regiona sülh, sabitlik və tərəfdaşlıq ruhu gətirir. Bunun üçün real imkanlar açır.

Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişmə, qovuşma nöqtəsidir. Elə Hikmət Hacıyev də bu səfərində İranlı həmkarları ilə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi üzrə işlərin sürətlənməsi zərurətindən danışıb. Azərbaycan istər Şimal-Cənub, istərsə də, Şərq-Qərb dəhlizlərində üzərinə düşən hər şeyi edib və edir. Rusiyanı isti dənizlərə çıxaran Şimal-Cənub layihəsinin tamamlanması artıq İran ərazisində zəruri infrastrukturun qurulmasından asılıdır. Eynilə Şərq-Qərb layihəsinə mane olan faktorların heç biri Azərbaycandan qaynaqlanmır.

Ermənistan öz üzərinə götürdüyü öhdəliklərə vaxtında və tam həcmdə əməl etmədi, istər Zəngəzur dəhlizi, istərsə də, Azərbaycanın təklif etdiyi sülh gündəliyi üzrə qərarları yubatdı. Doğrudur, sülh sazişinin bütün bəndləri paraflandı, amma Ermənistan Konstitusiyasından qaynaqlanan maneələr hələ də qalır. Bu da Tehran Dialoq Forumu iştirakçılarının diqqətinə çatdırılıb.

Əgər söhbət dialoqdan gedirsə, Ermənistanın qeyri-konstruktiv hərəkətləri və hərəkətsizliyi bəlli ölçüdə və bəlli məsələlərdə bu dialoqu ya pozur, ya da tormozlayır. Ermənistan monoetnik bir dövlət modeli olmaqla yanaşı, həm də diplomatiyada özünəməxsus bir tərz yaradıb və bu da dialoqa yox, monoloqa köklənmiş üslubdur. Yəni Ermənistan yalnız öz narrativlərinə köklənmiş bir diplomatiya aparır; başqalarının həqiqətləri, ümumiyyətlə, reallıqlar onu sanki heç cür inandırmır, ya da, ümumiyyətlə, maraqlandırmır. Ermənistanın xarici siyasətində keçmişdən miras qalmış doqmatik bir yanaşma var. Bu, ölkəni daha çox keçmişə çəkir, onun gələcəyə doğru hərəkətini bloklayır. Bu yanlış yanaşma bütövlükdə bölgədə gedən pozitiv meyllərə, proqressiv proseslərə mənfi təsir göstərir.

Hikmət Hacıyevin əvvəldə göstərdiyimiz fikirləri kontekstində baxsaq, Azərbaycan bu baxımdan da xoşbəxt ölkədir; öz narrativləri, öz siyasəti ilə bölgəyə, hətta bölgədən çox uzaqlara belə xoşbəxt perspektivlər təklif edə bilir. Ermənistan və onun kimi bir sıra aktorlar var, öz yerləşdiyi regiona müharibədən, dağıntıdan, terrordan, ölümdən başqa heç bir şey təklif edə bilmir. Nəticədə özü də bədbəxt olur, başqalarını da öz ardınca sürükləməyə çalışır. Azərbaycan isə bütün bunların əksini təklif edir. Təkcə təklif etmir, yaradıcı, qurucu, birləşdirici, uzlaşdırıcı təşəbbüslər də irəli sürür. Bu təşəbbüslər konkret anlaşmalara, sazişlərə, layihələrə, əməli işə çevrilir.

Bu baxımdan Prezidentin köməkçisi Hikmət Hacıyevin fikirlərini belə şərh etmək olar: Azərbaycan Avrasiya bölgəsində təkcə özü inkişaf etməklə də qalmayan, regionun inkişafında əsas faktorlardan, aparıcı aktorlardan birinə çevrilən xoşbəxt ölkədir. Çünki hər cür xoşbəxtliyin əsasında sabitlik, təhlükəsizlik, tərəqqi və firavanlıq amilləri dayanır. Elə insanlar var, ətrafına yalnız pozitiv enerji saçır. Dövlətlər də bu anlamda insanlar kimidir. Hikmət Hacıyevin məlum cümlələri də məhz bunu ifadə edir.

Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 May 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri