Bəzi insanları ağcaqanadlar niyə demək olar ki, sancmır? SƏBƏB
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bəzi insanları ağcaqanadların digərlərinə nisbətən daha az sancmasının səbəbi onların dərisinin xüsusi maddə ifraz etməsi ilə bağlı ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Perm Milli Tədqiqat Politexnik Universitetinin alimləri məlumat veriblər.
Mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar ovlarını əsasən qoxuya görə müəyyən edirlər. Onların reseptorları insanın nəfəsindən ayrılan karbon qazını, həmçinin tər və süd turşusunun tərkibindəki maddələri hiss edir. Bu amillər həşəratların insanı tapmasına kömək edir.
Lakin bəzi insanların dərisi daha çox metilpiperazin adlı maddə ifraz edir. Alimlərin fikrincə, bu maddə təbii kovucu kimi təsir göstərərək ağcaqanadların qoxu duyğusunu zəiflədə və onları həmin insanlardan uzaqlaşdıra bilər.
Bundan başqa, insanın hərəkətliliyi də ağcaqanadların diqqətini cəlb edə bilər. Belə ki, insan nə qədər çox hərəkət edirsə, həşəratların ona yaxınlaşma ehtimalı da arta bilər.
Araşdırmada ağcaqanadların xortumunun quruluşuna da diqqət çəkilib. Altı nazik iynəyə bənzər hissədən ibarət olan xortum dərinin hüceyrələrinə ciddi zərər vermədən işləyə bilir. Alimlər bu xüsusiyyətdən gələcəkdə hüceyrələrin dəqiq yeridilməsi, 3D-bioprintinq və dərmanların sınaqdan keçirilməsi kimi tibbi sahələrdə istifadə etməyi araşdırırlar.
Qeyd olunub ki, qan əsasən dişi ağcaqanadlara nəsil artırmaq üçün lazımdır. Onların, eləcə də erkək ağcaqanadların gündəlik qidalanmasının əsasını isə nektar təşkil edir. Ağcaqanadlar həmçinin ekosistemdə mühüm rol oynayır, sürfələri suyun təmizlənməsinə kömək edir və bir sıra canlılar üçün qida mənbəyidir.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 21 Avqust 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















