Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Bəzi insanların ağcaqanadlar tərəfindən daha çox dişlənməsinin səbəbi məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Cell” jurnalında dərc edilən araşdırmada qeyd olunub.
Alimlərin apardığı araşdırmalar göstərib ki, bu fərqin əsas səbəblərindən biri dəridəki mikrobiota və yağ turşularının tərkibidir. Mütəxəssislərin fikrincə, bəzi insanların dərisində daha yüksək miqdarda karboksilik turşular və spesifik molekullar ağcaqanadlar üçün daha cəlbedici qoxu yaradır.
Tədqiqat çərçivəsində könüllülərdən bir neçə gün ərzində qollarına neylon material taxmaları istənilib. Daha sonra bu nümunələr laboratoriyada ağcaqanadlar üzərində sınaqdan keçirilib. Nəticələr göstərib ki, bəzi şəxslərin qoxusu digərlərinə nisbətən ağcaqanadları dəfələrlə daha çox cəlb edir.
Belə ki, ən çox cəlbedici iştirakçı ən az cəlbedici şəxslə müqayisədə təxminən 100 dəfə daha çox ağcaqanad tərəfindən dişlənib.
Araşdırmada həmçinin qeyd olunub ki, bu fərq zaman keçsə də, sabit qalır və insanın gündəlik vərdişləri ilə tam şəkildə dəyişmir.
Bu mövzuda digər xəbərlər:Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?
16 Avqust 2026 00:29
Niyə ağcaqanadlar bəzi insanları digərlərindən daha çox dişləyir?
25 Avqust 2025 21:31
Tədqiqat: Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?
13 May 2026 02:45
Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? Səbəblər açıqlandı
23 İyul 2026 12:29
Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? Mütəxəssis səbəbləri açıqlayıb
02 İyul 2026 04:04
Baxış sayı:142
Bu xəbər 06 İyun 2026 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















