Icma.az
close
up
RU
​“BƏZİ KOLBASALARA HƏTTA PEYİN QATILIR...” Ekspertdən şok iddia

​“BƏZİ KOLBASALARA HƏTTA PEYİN QATILIR...” Ekspertdən şok iddia

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bazarlarda və bəzi marketlərdə çox aşağı qiymətə satılan kolbasa və sosislər istehlakçılar arasında həm maraq, həm də narahatlıq yaradır. Xüsusilə tərkibi və istehsalçı məlumatı tam göstərilməyən məhsulların satışda olması qida təhlükəsizliyi ilə bağlı sualları artırır. Aşağı qiymət bir çox ailə üçün cəlbedici olsa da, keyfiyyət və sağlamlıq məsələsi daha vacib hesab olunur.

Ucuz kolbasa və sosislərin müntəzəm istehlakı sağlamlıq üçün nə dərəcədə təhlükəlidir? Bu cür məhsulların keyfiyyətinə və tərkibinə dövlət nəzarəti daha da sərtləşdirilməlidirmi?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, ət məhsulları ilə bağlı şikayətlər və monitorinqlər artıq uzun müddətdir davam edir.

Onun sözlərinə görə, aparılan monitorinqlərin nəticələri bazarlarda, marketlərdə və digər satış məntəqələrində satılan ətlərin əhəmiyyətli hissəsinin keyfiyyətsiz olduğunu göstərir. Bu problem həm iri buynuzlu heyvanların, həm də quş ətlərinə aiddir:“Məhsulun qiyməti hər zaman keyfiyyət göstəricisi olmasa da, hər bir məhsulun müəyyən maya dəyəri var. Əgər məhsul həmin dəyərdən xeyli aşağı qiymətə satılırsa, bu, şübhə doğurmalıdır. Əgər toyuq ətinin bir kiloqramının bazar qiyməti minimum 5-6 manat olduğu halda, kolbasalar 2 manata təklif edilirsə, bu, məhsulun sağlamlıq baxımından problemli və ya xəstə heyvanlardan əldə olunması ehtimalını artırır. Buna görə də sağlamlığına önəm verən insanların belə məhsullardan uzaq durması tövsiyə olunur”.

Ekspert vurğulayıb ki, xüsusilə yay aylarında havanın temperaturu yüksək olduğundan ət məhsullarının açıq hava şəraitində satılması, hətta keyfiyyətli məhsul olsa belə, onun tərkibinin dəyişməsinə və təhlükəli hala gəlməsinə səbəb ola bilər: “Bu məsələ kolbasa və sosiska məhsullarına da aiddir. Keyfiyyətli kolbasa tam ət hissəsindən hazırlanmalı, qığırdaq, sümük və digər yeyilməyə yararsız hissələrdən istifadə edilməməlidir. Lakin hazırda bir çox istehsal müəssisələrində kolbasa istehsalı zamanı heyvanın dərisi, sümükləri və digər yararsız hissələrindən istifadə olunur. Bəzi hallarda isə quş ətindən hazırlanan kolbasa və sosiskalarda tüklərin, hətta peyinin də emal prosesinə daxil edilməsi barədə məlumatlar mövcuddur”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Avqust 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri