Icma.az
close
up
RU
Bəzi müəllimlər məktəbdə tədrisin keyfiyyətini bilərəkdən aşağı saxlayır, sonra isə... Kamran Əsədov

Bəzi müəllimlər məktəbdə tədrisin keyfiyyətini bilərəkdən aşağı saxlayır, sonra isə... Kamran Əsədov

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələri son günlər geniş müzakirə olunur. Belə ki, repetitor dəstəyi olmadan yüksək bal toplayanlar var. Bəzi təhsil ekspertlərin fikrincə, bu o deməkdir ki, repetitorluq dövrü sona çatır, kursların çöküşü başlayacaq.

Repetitorluq və hazırlıq kurslarının fəaliyyəti başa çata bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, 11 illik buraxılış imtahanlarının nəticələri ilə bağlı aparılan müzakirələrdə bəzi ekspertlərin “repetitorluq və kurs fəaliyyəti sonlanacaq” qənaəti səthi və reallıqdan uzaq qiymətləndirmədir:

"2025-ci ildə keçirilən buraxılış imtahanlarının nəticələrində yüksək bal toplayan bəzi şagirdlərin repetitor dəstəyi almadan hazırlaşması faktı bu fikri yaratsa da, bu, ümumi mənzərəni təmsil etmir. Əksinə, təhlillər göstərir ki, repetitorluq Azərbaycanda artıq sadəcə imtahanlara hazırlıq vasitəsi deyil, təhsil sistemindəki struktur boşluqları dolduran paralel bir mexanizmə çevrilib. Bu sistemin birdən-birə “sonlanması” yalnız imtahan nəticələrinə deyil, təhsil idarəçiliyinin köklü şəkildə dəyişdirilməsinə bağlıdır.

Repetitorluq və kurs fəaliyyətlərinin geniş yayılmasının əsas səbəbi ümumtəhsil məktəblərində şagirdin imtahanlara tam şəkildə hazırlanmasını təmin edən mexanizmlərin zəif olmasıdır. Dövlət imtahanlarına – istər buraxılış, istərsə də qəbul imtahanlarına – yönəlik hazırlaşmaq üçün şagirdlər çox vaxt məktəbdə deyil, repetitor yanında fərdi qaydada dəstək alır. 2024-cü ildə keçirdiyim rəy sorğusuna əsasən, abituriyentlərin 94%-i repetitor dəstəyi alıb. Bu rəqəm hələ də real vəziyyəti tam əks etdirmir, çünki bəzi valideynlər rəsmi qeydiyyatsız formada bu xidməti alır.

2025-ci il buraxılış imtahanlarında yüksək bal toplayan bəzi şagirdlərin repetitorsuz hazırlaşması isə daha çox şəxsi istisna xarakteri daşıyır. Onlar ya yüksək intellekt səviyyəsinə, ya da ailə daxilində ciddi nəzarət və dəstəyə malik olublar. Lakin bu nümunələri sistemin uğuru kimi təqdim etmək metodoloji yanlışlıqdır. Dövlət imtahan modelində əsas məqsəd hər bir şagirdin məktəbdə aldığı təhsil əsasında uğur qazanmasını təmin etməkdir. Həmin şagirdlər repetitorsuz nəticə göstəribsə, bu hələ məktəblərin böyük əksəriyyətində eyni nəticənin mümkün olması anlamına gəlmir".

Ekspert qeyd etdi ki, Azərbaycan təhsil sistemində repetitorluq həm də gəlir mənbəyinə çevrilib:

"Bəzi müəllimlər məktəbdə tədris keyfiyyətini bilərəkdən aşağı saxlayır, sonra repetitorluq vasitəsilə əlavə qazanc əldə edirlər. Bu məsələ təkcə pedaqoji deyil, etika və nəzarət baxımından ciddi problemdir. Bu problem həll olunmadan repetitorluğun sonlanması mümkün deyil.

Repetitorluğun tamamilə sonlanması üçün bir neçə şərt eyni vaxtda yerinə yetirilməlidir: məktəblərdə dərs proqramlarının modernləşdirilməsi, müəllimlərin peşəkarlığının artırılması, dərs yükünün optimallaşdırılması, məktəbdaxili qiymətləndirmənin gücləndirilməsi, kurikulumla imtahanlar arasında uzlaşmanın təmin edilməsi və valideyn-məktəb əməkdaşlığının real müstəviyə keçməsi. Bu mexanizmlər olmadan repetitorluq sadəcə alternativ deyil, məcburi dəstək vasitəsi olaraq qalacaq".

Müsahibimiz bildirdi ki, repetitorluq inkişaf etmiş ölkələrdə belə tam şəkildə yox olmayıb, sadəcə funksiyası dəyişib.

"Məsələn, Finlandiyada repetitorlar məktəbdə çətinlik çəkən şagirdlərə fərdi dəstək üçün istifadə olunur, amma bu sistem məktəbdənkənar biznes xarakteri daşımır. Yaponiyada məktəbdənkənar dərslər (juku sistemi) hələ də geniş yayılıb, çünki orada da imtahanlar çox yüksək rəqabətlidir. Azərbaycanda da bu fəaliyyət ancaq o zaman zəifləyə bilər ki, təhsil sistemi şagirdə yalnız qiymət və nəticə deyil, real bilik, bacarıq və tənqidi düşüncə qazandırmaq üçün əlverişli mühit yaratsın.

O vaxta qədər isə repetitorluq sistemin paralel qolunda fəaliyyətini davam etdirəcək və imtahan sistemində ciddi dəyişikliklər edilmədiyi müddətcə tam şəkildə aradan qalxması real deyil. Beləliklə, bəzi fərdi nümunələrə əsaslanaraq “repetitorluq sonlanacaq” fikri reallığı əks etdirmir. Əsl islahat məktəbdəki dərsə olan etimadı artırmaq, müəllimlərin peşə nüfuzunu gücləndirmək və qiymətləndirmə sistemini məktəbdə əldə edilən biliklər üzərində qurmaqla mümkün olacaq. Əks halda, repetitorluq imtahan təhsilinin ayrılmaz tərkib hissəsi olaraq qalacaq", - deyə K.Əsədov bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Aprel 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri