Icma.az
close
up
RU
Peşə məktəblərində təhsil haqqı bəzi universitet ixtisaslarından belə yüksəkdir Kamran Əsədov

Peşə məktəblərində təhsil haqqı bəzi universitet ixtisaslarından belə yüksəkdir Kamran Əsədov

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycanda peşə təhsilinin ən böyük paradokslarından biri odur ki, dövlətin rəsmi sənədlərində bu sahə “strateji prioritet”, “əmək bazarının əsas dayağı”, “gənclərin məşğulluq təminatının açarı” kimi təqdim olunur, amma reallıqda peşə məktəblərində təhsil haqqı bir çox hallarda bəzi universitet ixtisaslarından belə yüksəkdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov peşə təhsili müəssələrində təhsil haqlarının ali təhsil müəssələri ilə eyni olmasından danışarkən bildirdi.

"Bu vəziyyət ölkədə peşə təhsilinin inkişafını süni şəkildə məhdudlaşdırır, gəncləri bu istiqamətdən uzaqlaşdırır və sosial-iqtisadi bərabərsizliyi dərinləşdirir. Halbuki peşə təhsilinin mahiyyəti ondan ibarətdir ki, daha çox gənc tez bir zamanda peşə və bacarıq qazanaraq iş həyatına daxil olsun və ölkədə ixtisaslı kadr çatışmazlığı azalsın. Təhsil haqqının yüksək olması isə bu məqsədin tam əksinə işləyir.

Rəsmi statistikaya görə, 2024-cü ildə ölkə üzrə 92 peşə təhsil müəssisəsinə 25 mindən çox müraciət olub və onların yalnız təxminən 40 faizi dövlət sifarişi əsasında, yəni pulsuz təhsil almaq imkanı əldə edib. Qalan 60 faiz gənc isə ödənişli əsaslarla oxumağa məcbur olub. Təhsil haqları bəzi məktəblərdə illik 800-1500 manat arasında dəyişir ki, bu da orta gəlirli ailə üçün kifayət qədər ağır yükdür. Bu rəqəm ali təhsildə bəzi ixtisaslarla müqayisədə çox yüksəkdir. Məsələn, region universitetlərində pedaqoji ixtisasların illik təhsil haqqı 1400-1800 manat olduğu halda, peşə məktəbində aşpazlıq və ya avtomexanik ixtisasına görə oxşar məbləğ tələb olunur. Bu, həm sosial ədalət prinsiplərinə, həm də “Təhsil haqqında” qanunun 14-cü maddəsinə ziddir. Həmin maddədə göstərilir ki, dövlət və bələdiyyə təhsil müəssisələrində vətəndaşların maddi imkanları nəzərə alınmalı, sosial həssas qruplar üçün xüsusi güzəştlər təmin edilməlidir. Praktikada isə bu norma kağız üzərində qalır və peşə məktəbləri öz xərclərini tamamilə tələbə üzərinə yükləyirlər".

Ekspert qeyd etdi ki, peşə təhsilinin yüksək ödənişli olması ölkədə bu sahəyə aydın maliyyələşmə siyasətinin olmamasından qaynaqlanır:

"Elm və Təhsil Nazirliyi universitetlər üçün müəyyən təhsil haqqı limitləri və dövlət sifarişi yerləri müəyyən etsə də, peşə məktəblərinə münasibətdə vahid qiymət siyasəti tətbiq etmir. Bu isə məktəblərin özbaşına təhsil haqqı müəyyən etməsinə şərait yaradır. Dövlət Proqramlarında – məsələn, “Peşə Təhsilinin İnkişafı üzrə 2020-2025-ci illər üçün Dövlət Proqramı”nda peşə məktəblərinin maliyyə yükünün dövlət və özəl sektor arasında bölüşdürülməsi nəzərdə tutulsa da, konkret mexanizmlər işlənməyib. Nəticədə məktəblər öz xərclərini kompensasiya etmək üçün qiymətləri artırır və bu, təhsilin əlçatanlığını azaldır.

Dünya təcrübəsi ilə müqayisə apardıqda, Azərbaycan modelinin geri qaldığı aydın görünür. Almaniyada “Dual təhsil” sistemi çərçivəsində peşə məktəbləri pulsuzdur və tələbə yalnız təhsil almır, həm də əmək müqaviləsi ilə işləyərək aylıq 400-800 avro əməkhaqqı qazanır. İsveçrədə peşə təhsilinin 90 faizi dövlət tərəfindən maliyyələşdirilir, hətta bəzi hallarda tələbə üçün pulsuz nəqliyyat və təcrübə dövründə əlavə müavinətlər təmin olunur. Koreya və Sinqapur modellərində peşə təhsilinə qoyulan dövlət investisiyaları universitetlərlə bərabər və bəzi hallarda daha yüksəkdir, çünki bu sahə sənaye və iqtisadiyyatın əsas təminatçısı kimi görülür. Azərbaycanda isə vəziyyət əksinədir: gənc həm təhsil haqqı ödəyir, həm də təcrübə keçdiyi müəssisələrdə pulsuz işləyir, məzun olduqdan sonra isə işəgötürənlər ondan əlavə sertifikat və kurs tələb edir. Bu, sistemin effektivliyini sual altına qoyur.

Müsbət tərəf kimi son illərdə dövlət sifarişi yerlərinin sayında müəyyən artım qeyd edilə bilər. 2018-ci ildə bu rəqəm cəmi 25 faiz idisə, 2024-cü ildə 40 faizə çatıb. Lakin bu artım ümumi tələbatın qarşısını almaq üçün yetərli deyil".

Müsahibimiz əlavə etdi ki, təhsil haqlarına görə sosial güzəştlərin tətbiqi çox məhduddur və praktiki olaraq yox səviyyəsindədir.

"Nazirliyin konkret proqnoz və planlarının olmaması nəticəsində bu sahə yalnız formal prioritet olaraq qalır. Elm və Təhsil Nazirliyi ictimai maarifləndirmə işini də aparmır – valideynlər və abituriyentlər peşə təhsilinin real imkanlarından xəbərsiz qalır, onu “keyfiyyətsiz və bahalı” təhsil kimi qəbul edirlər.

Əgər bu sahədə vəziyyət dəyişməsə, ölkədə ixtisaslı kadr çatışmazlığı daha da dərinləşəcək. Statistikaya əsasən, 2025-ci ildən sonra əmək bazarında texniki ixtisaslar üzrə boş yerlərin 50 faizdən çoxunun peşə təhsilli kadrlarla doldurulması tələb olunacaq, amma indiki maliyyə modeli bu tələbatı ödəməyə imkan vermir. Vəziyyəti düzəltmək üçün dövlət təhsil haqqını tam və ya qismən subsidiyalaşdırmalı, Almaniya və Koreya modelinə keçid etməli, müəssisələrə tələbəyə təcrübə zamanı maaş ödəmək öhdəliyi qoymalıdır. Əks halda, peşə məktəbləri sadəcə adını daşıyan, amma gənclər üçün real imkan yaratmayan bir struktur olaraq qalacaq və dövlətin bu sahədə illərdir verdiyi vədlər icrasız qalacaq. Elm və Təhsil Nazirliyinin fəaliyyətsizliyi, plan və proqnoz çatışmazlığı, ictimaiyyətlə düzgün kommunikasiya qurmaması bu sahədə islahatların kağız üzərində qalmasının əsas səbəbidir. Bu problemlər həll olunmayınca, peşə təhsilinə maraq artmayacaq, qiymətlər yüksək olaraq qalacaq və ölkənin iqtisadi inkişafı üçün vacib olan peşəkar kadr bazası formalaşmayacaq", - deyə Kamran Əsədov fikirlərini yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 İyul 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri