Icma.az
close
up
RU
Bəzi müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Bəzi müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

"Unikal" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, 102, 122, 137, 192, 195, 196, 448, 510, 512 nömrəli şəhərətrafı, eləcə də Bakı– Ağcabədi, Bakı–Lənkəran, Bakı-Şamaxı, Bakı–Qəbələ, Sumqayıt–Yalama, Sumqayıt–İsmayıllı, Sumqayıt–Naftalan, Gəncə-Bərdə, Gəncə-Gədəbəy, Gədəbəy- Gəncə, Mingəçevir–Bərdə, Bərdə–Mingəçevir, Mingəçevir-Göyçay, Mingəçevir-Gəncə, Ağdaş-Gəncə, Göyçay-Gəncə, Bərdə–Zaqatala, Tərtər-Horadiz, Lənkəran-Qazax, Yevlax-Zaqatala, Saatlı-Sumqayıt, Yardımlı-Bakı, Yardımlı-Sumqayıt, Bakı-Yardımlı, Sumqayıt-Yardımlı, Yardımlı-Şirvan, Ağcabədi-Xankəndi-Laçın, Balakən-Zaqatala, Qax-Şəki və Qax-Zaqatala şəhərlərarası, həmçinin Yalama qəsəbəsi - Qusar avtovağzalı, Xanoba kəndi - Xudat avtostansiyası, Qədili (Samux) - Gəncə (dəmiryol vağzalı), Dozular (Göygöl) - Gəncə (avtovağzal), Düzqışlaq ("Şəmkir" stansiyası) - Gəncə (avtovağzal), Alıuşağı (Samux) - Gəncə (dəmiryol vağzalı) və Zəyəm Cırdaxan (Şəmkir) - Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 31 mart 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Ağcabədi, Bakı–Lənkəran, Bakı-Şamaxı, Bakı–Qəbələ, Sumqayıt–Yalama, Sumqayıt–İsmayıllı, Sumqayıt–Naftalan, Gəncə-Bərdə və Gəncə-Gədəbəy istiqamətlərində 11 lot üzrə aprelin 14-də; Gədəbəy-Gəncə, Mingəçevir–Bərdə, Bərdə–Mingəçevir, Mingəçevir-Göyçay, Mingəçevir-Gəncə, Ağdaş-Gəncə, Göyçay-Gəncə, Bərdə–Zaqatala və Tərtər-Horadiz istiqamətlərində 11 lot üzrə aprelin 17-də; Lənkəran-Qazax, Yevlax-Zaqatala, Saatlı-Sumqayıt, Yardımlı-Bakı, Yardımlı-Sumqayıt, Bakı-Yardımlı, Sumqayıt-Yardımlı, Yardımlı-Şirvan, Ağcabədi-Xankəndi-Laçın və Balakən-Zaqatala istiqamətlərində 13 lot üzrə aprelin 21-də; Yalama qəsəbəsi - Qusar avtovağzalı, Xanoba kəndi - Xudat avtostansiyası istiqamətlərində, eləcə də 102 nömrəli (metronun "20 Yanvar" stansiyası (M.Həsənov küçəsi) - Xocəsən qəsəbəsi (Moskva Dövlət Universiteti)), 137 nömrəli (Elçin Həsənli küçəsi (Masazır kəndi) - Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 195 nömrəli (Ələt qəsəbəsi – "Abşeron" ticarət mərkəzi), 512 nömrəli (Aşağı Güzdək qəsəbəsi - Müşfiqabad qəsəbəsi), 122 nömrəli (Maştağa qəsəbəsi - Ramana qəsəbəsi ("Şuşa şəhərciyi" yaşayış massivi), 192 nömrəli (Qobustan qəsəbədaxili), 196 nömrəli (Çeyildağ qəsəbəsi - Sahil qəsəbəsi) şəhərətrafı avtobus marşrutları üzrə 9 lotda aprelin 24-də; 448 nömrəli (Mərdəkan qəsəbəsi - Şüvəlan qəsəbəsi (Mayak bağları), 510 nömrəli (Çaylı kəndi - Müşfiqabad qəsəbəsi) şəhərətrafı, Qax-Şəki və Qax-Zaqatala şəhərlərarası, Qədili (Samux) - Gəncə (dəmiryol vağzalı), Dozular (Göygöl) - Gəncə (avtovağzal), Düzqışlaq ("Şəmkir" stansiyası) - Gəncə (avtovağzal), Alıuşağı (Samux) - Gəncə (dəmiryol vağzalı), Zəyəm Cırdaxan (Şəmkir) - Gəncə (avtovağzal) avtobus marşrutları üzrə 9 lotda aprelin 28-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Mart 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri