Bu iki ölkə birləşir? Nazir açıqladı
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moldova ilə Rumıniya arasında yaxınlaşma prosesi artıq birgə infrastruktur və enerji layihələri sayəsində praktiki aləmə qədəm qoyub.
AZXEBER.COM xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy TVR Moldova telekanalının efirində bildirib.
Onun sözlərinə görə, iki ölkənin birləşməsi prosesi artıq faktiki olaraq baş verir.
"Bilmək lazımdır ki, bu proses artıq gedir. Birləşmə avtomagistralı tikilir, Prut çayı üzərində körpülər salınır, enerji bağlantıları və digər infrastruktur layihələri çayın hər iki sahilini praqmatik şəkildə bir-birinə yaxınlaşdırır", – Popşoy qeyd edib.
Nazir bildirib ki, Moldova cəmiyyəti ənənəvi olaraq Rumıniya ilə birləşmək ideyasına müəyyən dərəcədə açıq yanaşıb. Onun fikrincə, konkret birgə layihələrin həyata keçirilməsi belə bir addımın üstünlüklərinə vətəndaşları siyasi bəyanatlardan daha effektiv şəkildə inandıra bilər.
Bununla yanaşı, Popşoy iki dövlətin mümkün birləşməsinin vaxtı ilə bağlı hər hansı tarix açıqlamayıb.
Qeyd edək ki, Moldova Konstitusiyasına əsasən, ölkə neytral dövlət statusunu saxlayır. Bununla belə, 2022-ci ildən etibarən Kişineu Avropa İttifaqı və Rumıniya ilə yaxınlaşma siyasətini fəallaşdırıb. 2023-cü ildə isə Moldova parlamenti qanunvericilik və normativ sənədlərdə dövlət dilinin adının "rumın dili" kimi təsbit edilməsini təsdiqləyib.
Baxış sayı:137
Bu xəbər 08 Noyabr 2026 01:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















