BFB yeni interaktiv statistik platforma təqdim edəcək
Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bakı Fond Birjası" QSC (BFB) bazar məlumatlarının əlçatanlığını artırmaq üçün yeni interaktiv statistik platformanı bazara təqdim edəcək.
Bunu BFB-nin İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunun ikinci günündə bildirib.

Onun sözlərinə görə, hazırda birjanın rəsmi saytında yerləşən "Bazar icmalı" bölməsi investorlar, treyderlər və analitiklər üçün əsas məlumat mənbələrindən biridir:
"Vətəndaşlarımız bu bölmədən bazarda dövriyyədə olan qiymətli kağızları, istiqrazları və bazar seqmentlərini tam şəkildə görə bilirlər".
O. Qasımov qeyd edib ki, BFB yaxın müddətdə daha geniş funksionallığa malik interaktiv statistik sistem təqdim edəcək:
"İlin sonuna qədər bazar üçün interaktiv statistik həll istifadəyə veriləcək. Bu sistem analitik məlumatlara çıxışı asanlaşdıracaq və bazarın dərinliyi barədə daha əhatəli təsəvvür yaradacaq".
BFB rəsmisi hesab edir ki, yeni platforma həm bazar iştirakçılarının qərarvermə imkanlarını genişləndirəcək, həm də kapital bazarlarında şəffaflığın artırılmasına əlavə töhfə verəcək.
© "Report"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 20 Noyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















