BFB: İstiqrazların alqı satqısı asanlaşacaq
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bakı Fond Birjası" (BFB) istiqrazların ikinci bazarında əməliyyatların avtomatlaşdırılması və yeni funksionallığın işə salınması istiqamətində işlər görür.
Bu sözləri BFB İdarə Heyətinin sədri Ruslan Xəlilov "Ziraat Bank Azərbaycan" ASC-nin istiqrazlarının Bakı Fond Birjasında ticarətə buraxılmasına həsr olunmuş "Açılış Zəngi" tədbirində deyib.
Onun sözlərinə görə, yeni sistemin bu ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulur: "Yeni funksionallıq fərdi və institusional investorlara öz brokerləri vasitəsilə Bakı Fond Birjasında ikinci bazar ticarət əməliyyatlarını birbaşa və avtomatlaşdırılmış qaydada aparmaq imkanı yaradacaq. Hesab edirəm ki, bu yenilik istiqraz bazarının, xüsusən də korporativ istiqrazlar və onlar üzrə repo bazarının canlanmasına böyük təkan verəcək".
"Bu, "Ziraat Bank Azərbaycan"ın emissiyası yeni funksionallığın istifadəyə verilməsi ərəfəsinə təsadüf edir. Ümid edirəm ki, bu imkanlardan ən çox faydalanan məhz sizin qiymətli kağızlarınız olacaq”, – deyə sədr bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Avqust 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















