Icma.az
close
up
RU
BIAF ın proqramı bəlli olub

BIAF ın proqramı bəlli olub

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin oktyabrın 28-dən noyabrın 8-dək İkinci Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a festivalın təşkilat komitəsindən məlumat verilib.

Qeyd olunub ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festival fərqli janrlarda rəqs, dram və musiqi tədbirlərini əhatə edir.

Festival proqramına konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, sənətkarlarla görüşlər və ustad dərsləri ilə birgə 20-dən çox tədbir daxildir. Bu möhtəşəm sənət bayramı Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Monako, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən olan sənətkarları və yaradıcı kollektivləri bir araya gətirəcək. Festivalın proqramı və daha ətraflı məlumat www.biaf.az rəsmi internet səhifəsində təqdim olunacaq.

Builki festivalda beynəlxalq aləmdə nüfuz qazanmış sənətkarlarla azərbaycanlı sənətkarların, ansambl və təhsil müəssisələrinin əməkdaşlığına xüsusi diqqət yetirilir. Bu müəssisələrə Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, həmçinin Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Kamera Orkestri daxildir. BIAF-ın əsas tədbirləri Bakının bir neçə simvolik məkanında – Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Heydər Əliyev Sarayı, İçərişəhər və digər məkanlarda keçiriləcək.

Festival çərçivəsində tanınmış və beynəlxalq mükafatlara layiq görülmüş rejissor-xoreoqraf Əkrəm Xanın (Akram Khan) yeni əsəri - "Thikra: yaddaş gecəsi" ("Thikra: Night of Remembering") də nümayiş olunacaq. Bu tamaşa Əkrəm Xanın özünəməxsus yaradıcılıq üslubu olan klassik hind rəqsi "katak" ilə müasir rəqsin innovativ sintezini əks etdirir. Səhnə əsərinin geyim və vizual dizaynı 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanının milli pavilyonundakı genişmiqyaslı multimedia instalyasiyası ilə tanınan səudiyyə ərəbistanlı vizual rəssam Mənal Əl-Dovayana (Manal AlDowayan) məxsusdur. Layihənin dünya premyerası "AlUla Kral Komissiyası"nın sifarişi ilə 2025-ci ilin yanvarında keçirilmiş "AlUla İncəsənət Festivalı" çərçivəsində Əl-Ula şəhərindəki "Wadi AlFann" (İncəsənət Vadisi) adlanan təbii səhra mənzərəsində baş tutub.

Ərəb dilində "yaddaş" və ya "xatırlama" mənasını verən "Thikra" ritualların gücünə əsaslanır. İllik toplantı formatında təqdim olunan bu əsərdə, bir qadın qəbiləsi əcdadlarının ruhunu oyatmaq üçün cəmi bir gecəliyə bir araya gəlir. Onlar ayinlər və kollektiv anma vasitəsilə zamanın hüdudlarını aşaraq, keçmişlə indini dərin bir yenilənmə hadisəsində birləşdirirlər.

Bu il BIAF-ın musiqi proqramı həyatı və taleyi Azərbaycanla qırılmaz tellərlə bağlı olan əfsanəvi bəstəkar Dmitri Şostakoviçin 120 illik yubileyinə həsr olunub. Milli bəstəkarlıq məktəbinin inkişafına böyük təsir göstərmiş bu sovet dühası Bakıya tez-tez gələrək burada çıxışlar edirdi.

İfaçılar arasında ikiqat "Qremmi" mükafatı laureatı, tanınmış skripkaçı Maksim Vengerov da yer alır. Dövrümüzün ən tələbat duyulan skripkaçılarından biri olan Vengerov Mstislav Rostropoviç, Georg Şolti və Yehudi Menuhin kimi əfsanəvi musiqiçilərlə əməkdaşlıq edib, həmçinin dünyanın nüfuzlu məkanlarında tez-tez aparıcı orkestrlərlə çıxışlar edib. Görkəmli musiqiçi lentə aldırdığı audioyazılara görə çoxsaylı mükafatlara, o cümlədən iki "Qrammofon", beş "Edison", iki "Eko Klassik" və "Classical Brit" mükafatlarına layiq görülüb.

BIAF tamaşaçıları həmçinin beynəlxalq səviyyədə tanınmış cənubi afrikalı rəssam Uilyam Kentricin (William Kentridge) multimedia layihəsini - Şostakoviçin 10 saylı simfoniyasının vizual həllini izləyə biləcəklər. Kentric kollaj, kuklalar və maskalı aktyorlardan istifadə edərək "Ah, başqa bir dünyaya inanmaq" ("Oh To Believe in Another World") adlı animasiya filmini ərsəyə gətirib. Filmdə bəstəkarın 1953-cü ildə yazdığı - müəllifin ən şəxsi əsərlərindən biri hesab olunan möhtəşəm simfoniyasını müşayiət etmək üçün xəyalvari "tərk edilmiş sovet muzeyi" canlandırılır.

Simfoniyanın Bakı ilə xüsusi bir bağı da var: əsər Şostakoviçin öz tələbəsi, azərbaycanlı bəstəkar və pianoçu Elmira Nəzirovaya bəslədiyi gizli sevgi etirafını əks etdirir. Bu möhtəşəm əsər, kökləri Bakıya bağlı olan dünyaşöhrətli Dmitri Sitkovetskinin dirijorluğu ilə BIAF Festival Orkestri tərəfindən ifa olunacaq.

Qeyd edək ki, 2025-ci ildə BIAF Azərbaycan, Avstriya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, Kanada, Çin, ABŞ, Fransa, Özbəkistan və digər ölkələrdən olan 100-dən çox sənətkarın iştirakı ilə 20-dən çox unikal tədbir təqdim edib. Festivalın qonaqları Robert Lepaj (Robert Lepage), Giyom Kote (Guillaume Côté), Şaron Eyal (Sharon Eyal), Yanq Lipinq (Yang Liping), Rimas Tuminas və Daniele Finzi Paska kimi səhnə ustadlarının əfsanəvi əsərlərini izləmək imkanı əldə ediblər.

Dünyanın ən məşhur festival layihələrindən ilhamlanan BIAF müasir, beynəlxalq və çoxjanrlı mədəniyyət platformasıdır. Bu qlobal platformaya ev sahibliyi edən Bakı Şərqlə Qərbi birləşdirən dinamik, açıq və tolerant bir şəhər, müasir qlobal paytaxtdır. Vaxtilə İpək Yolunun mühüm dayanacağı olan və hər zaman fərqli xalqların, inancların cazibə mərkəzi kimi seçilən bu şəhər, bu gün də yüksək standartlar müəyyən edərək mədəniyyətləri qovuşdurur. Bakı Beynəlxalq İncəsənət Festivalı son illərin ən yaxşı səhnə performanslarını izləmək, eləcə də Azərbaycanın zəngin tarixini və rəngarəng mədəni ənənələrini kəşf etmək üçün unikal bir fürsətdir.

BIAF-2026-nın ətraflı proqramı və biletlər barədə məlumat festivalın rəsmi internet səhifəsində yerləşdiriləcək: https://www.biaf.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 İyul 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri