Icma.az
close
up
RU
Bibiheybət təxribatındakı qadınlar İranda kimdən əmr alır?

Bibiheybət təxribatındakı qadınlar İranda kimdən əmr alır?

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İkitərəfli münasibətləri gərginləşdirməyə çalışan, törətdiyi müxtəlif cinayətlərdən yaxa qurtarmaq üçün qaçıb İran ərazisinə gedən azərbaycanlılardan təşkil edilmiş və uzun müddət Azərbaycana qarşı ideoloji diversiya, informasiya-təbliğat işlərində İran xüsusi xidmət qurumları tərəfindən istifadə olunan "Hüseyniyyun" adlı təşkilat var.

Bakıvaxtı.az xəbər verir ki, "Baku TV" bu təşkilatın fəaliyyəti və qanunsuzluqları barədə "İran-Azərbaycan münasibətlərində "Qordi düyünü": "Hüseyniyyun" indi də qadınları önə verir!" adlı süjet hazırlayıb.

Süjetdə qeyd edilir ki, birbaşa Azərbaycan dövlətinin konstitusion quruluşunun dəyişdirilməsini hədəf alan bu təşkilatın elan olunan əsas məqsədlərindən biri ölkədə eynilə İrandakı kimi "İslam inqilabı"nın həyata keçirilməsi, şiəçilik çətiri altında İran siyasətinin təbliği və bu siyasətə əsaslanan şəriət dövlətinin qurulmasıdır.

Əslən Lənkəran rayonundan olan Tohid İbrahimbəylinin rəhbərlik etdiyi bu dəstənin Azərbaycanda dövlət əleyhinə, hətta silahlı çıxışların təşkilinədək gedib çıxan çox sayda cinayət əməli tam sübuta yetirilsə də, rəsmən beynəlxalq axtarışa verilmələrinə baxmayaraq, İran tərəfi hələ də müxtəlif bəhanələrlə onları Azərbaycana təhvil verməkdən yayınır.

Yalnız 2023-cü ilin aprelində İranın İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAT) tərəfindən müvəqqəti saxlanılsalar da, yayılan məlumata görə, məhz SEPAH-ın açıq müdaxiləsi ilə sərbəst buraxılıblar və hələ də İran ərazisində bilinməyən bir status altında yaşayırlar.

İran tərəfi "Hüseyniyyun"un bu ölkədə təhsil alan tələbə azərbaycanlıların özlərinin yaratdığı humanitar ictimai təşkilat olduğunu və İran dövləti ilə hər hansı əlaqələrinin olmadığını iddia etsə də, Azərbaycan-İran münasibətlərinin gərginlik tempinə uyğun olaraq "Hüseyniyyun"un gah aktivləşdirilməsi, gah geri çəkilməsi, rəhbər şəxslərinin SEPAH-ın xüsusi nəzarəti altında qorunması, onlara şiəçilik çətiri altında İran təbliğatının aparılması üçün hər cür şəraitin yaradılması, eləcə də Azərbaycandakı təxribatçı-pozucu fəaliyyətlərinə dair çoxlu təkzibedilməz sübut bu təşkilatın açıq şəkildə İran dövləti tərəfindən himayə və idarə olunduqlarını ortaya qoyur...

Daha ətraflı süjetdə izləyə bilərsiniz!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Avqust 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri