Icma.az
close
up
RU
Bilal Ərdoğanın da real namizəd kimi şansı yüksəkdir POLİTOLOQ

Bilal Ərdoğanın da real namizəd kimi şansı yüksəkdir POLİTOLOQ

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Son zamanlar onun ictimai-siyasi fəallığının artması hakim dairələrdə mümkün varis kimi hazırlandığına dair ehtimalları gücləndirir

Son dövrlərdə Türkiyədə 2028-ci ildə keçiriləcək prezident seçkilərində mümkün namizədlərin kimliyi siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın gələcək siyasi taleyi və onun yenidən namizəd olub-olmayacağı ətrafında müzakirələr intensivləşib. Onun hazırkı səlahiyyət müddəti 2028-ci ilin may ayında başa çatacaq. 2007-ci ildə edilən konstitusiya dəyişikliyi ilə bir şəxsin yalnız iki dəfə prezident ola biləcəyi müddəası Konstitusiyaya daxil edilib. Bununla yanaşı, 2017-ci il konstitusiya dəyişiklikləri müəyyən istisnaları da nəzərdə tutub: Əgər prezidentin ikinci müddəti dövründə Türkiyə Böyük Millət Məclisi seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, mövcud prezident yenidən namizəd ola bilər. Diqqətçəkən məqamlardan biri də odur ki, Ərdoğan dəfələrlə prezidentlikdə son müddətini yaşadığını bəyan edib. Paralel olaraq, hakimiyyət daxilində potensial varislərlə bağlı müzakirələr də sürətlə artmaqdadır. Son vaxtlar prezidentliyə mümkün namizəd kimi Ərdoğanın oğlu Bilal Ərdoğan, prezidentin kürəkəni Səlcuq Bayraktar, hazırki xarici işlər naziri Hakan Fidan və keçmiş daxili işlər naziri Süleyman Soylu kimi fiqurların adları hallandırılır. Bu şəxslərin hər biri hakimiyyət düşərgəsində fərqli siyasi çəkisi, institusional təcrübəsi və elektorat potensialı ilə seçilir. Seçkilərə qədərki dövrdə həm Ərdoğanın mövqeyi, həm də potensial varislərin gücü, siyasi gedişatın formalaşmasında əsas rol oynayacaq.

Mövzu ilə bağlı politoloq Elçin Şahinoğlu bildirib ki, Ərdoğandan sonrakı dövrdə hakim partiyanın mümkün lideri ilə bağlı müzakirələr əsasən üç əsas fiqur üzərində cəmlənir:

“Zənnimcə, real namizədlər sırasına, R.T. Ərdoğanın oğlu Bilal Ərdoğan, hazırkı xarici işlər naziri Hakan Fidan və MİT-in rəhbəri İbrahim Kalın daxildir. H.Fidan və İ. Kalın uzun illərdir Ərdoğana yaxınlığı ilə seçilən, dövlət idarəçiliyində ciddi təcrübə qazanmış, strateji strukturlara rəhbərlik etmiş fiqurlardır. Hər iki şəxs həm təhlükəsizlik, həm də xarici siyasət sahəsində mühüm proseslərin mərkəzində olub və etibarlı kadrlar kimi qəbul edilir. Bu baxımdan, H.Fidan və İ.Kalının B.Ərdoğana nisbətən əsas üstünlüyü məhz praktik dövlət idarəçiliyi təcrübəsidir. Lakin B.Ərdoğanın da real namizəd kimi şansı yüksəkdir”.

Politoloq hesab edir ki, R.T. Ərdoğan hakim partiyanın gələcək liderini müəyyən edərkən üç əsas namizəd arasında seçim edə bilər:

“Son zamanlar, Bilal Ərdoğanın ictimai-siyasi fəallığının artması, müxtəlif mövzularda açıqlamalar verməsi, hakim dairələrdə mümkün varis kimi hazırlandığına dair ehtimalları gücləndirir. Hazırkı mərhələdə isə kimin namizəd olacağı ilə bağlı qəti qərar verildiyini demək çətindir. Ana yasada mümkün dəyişikliklərdən sonra, Ərdoğanın səhhəti və siyasi iradəsi imkan verərsə, onun prezidentliyini davam etdirməsi də istisna edilmir. Eyni zamanda, Prezidentin yaxın perspektivdə varis məsələsini gündəmə gətirməsi və qeyd olunan üç fiqurdan birinə üstünlük verməsi də mümkün ssenarilər sırasındadır”.

Aybəniz Səfərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Yanvar 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri