Biləcəridə illərdir dəyişməyən mənzərə: Yol problemi həllini tapmır VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Abbas Səhhət küçəsində yol örtüyünün yararsız vəziyyətdə olması sürücülər üçün çətinlik yaradır.
Avtosfer.az-ın məlumatına görə, bu barədə sakinlərdən biri ərazidə çəkiliş apararaq görüntüləri sosial şəbəkədə paylaşıb. Kadrlardan aydın görünür ki, yolun asfalt qatı tamamilə sıradan çıxıb və müxtəlif hissələrində dərin çuxurlar yaranıb.
Sürücülər ərazidən keçərkən təhlükəni azaltmaq üçün sürət həddini aşağı salmağa məcbur olurlar. Lakin yolun dar olması və çuxurların sıx yerləşməsi manevr imkanlarını da məhdudlaşdırır.
Qeyd edək ki, sakinlərin sözlərinə əsasən, sözügedən küçədə bu problem illərdir davam edir və indiyədək aidiyyəti qurumlar tərəfindən məsələ ilə bağlı hər hansı ciddi tədbir görülməyib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 30 Aprel 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















