Icma.az
close
up
RU
Biləcəridə təmir olunan yol yenidən çökdü VİDEO

Biləcəridə təmir olunan yol yenidən çökdü VİDEO

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yenidən yol çöküb.

Redaktor.az Baku TV-yə istinadən xəbər verir ki, mayın 7-də ərazidə yolun çökməsi baş verib və müvafiq qurumlar tərəfindən problem qısa müddətdə aradan qaldırılıb. Lakin müəyyən vaxt keçdikdən sonra həmin hissənin yaxınlığında yenidən çökmə qeydə alınıb. Sakinlər bildirirlər ki, üç aya yaxındır problem həll olunmayıb. Nəticədə iki avtomobilin eyni vaxtda hərəkət edə bildiyi yolun bir hissəsi bağlanıb.

Sürücülər maneəni keçmək üçün qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkət etməyə məcbur qalırlar. Bu isə ərazidə sıxlıq və tıxacın yaranmasına səbəb olur.

"Axşam saat 6-dan sonra gəlib buranı çəkin, görün tıxac hara qədər uzanır", - deyə sürücülərdən biri bildirib.
Başqa bir sürücü isə yaranmış vəziyyətdən əziyyət çəkdiklərini deyib:
"Zülm çəkirik, evimizə gedə bilmirik. Bura yeganə yoldur. Bezmişik. Bir-iki aya yaxındır vəziyyət belədir".
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə istismar müddətini başa vurmuş, diametri 1000 millimetr olan tullantı su xəttinin bir neçə hissəsində çökmələr qeydə alınıb.

Bakı Sukanal İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Çökmələrin baş verdiyi hissələrdə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hazırda mövcud kollektorun əvəzinə 750 metr uzunluğunda yeni kollektorun tikintisi ilə bağlı layihə hazırlanıb.

Müvafiq icazələr alındıqdan sonra yaxın günlərdə yeni xəttin inşasına başlanılması nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 İyul 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see331

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see237

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see226

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see203

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see193

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see168

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see164

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see162

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri