Biləsuvarda minik maşınları toqquşub Üç nəfər ölüb, 8 nəfər xəsarət alıb (Yenilənib)
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Biləsuvar rayonunda baş verən ağır yol qəzasında üç nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.
Bu barədə DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan bildirilib ki, dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X.Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "Vaz" markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, səkkiz nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma davam etdirilir.
***
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Məlumata görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır(Report).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 28 Dekabr 2024 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















