Biləsuvarda tanışını döyərək öldürən şəxsə hökm oxunub
Icma.az, Apa.az saytına istinadən bildirir.
Biləsuvarda tanışını döyərək qətlə yetirməkdə təqsirləndirilən Semur Məmmədquliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilmiş prosesdə hökm elan edilib.
Hökmə əsasən, iş üzrə təqsirləndirilən Semur Məmmədquliyevin 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək .
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Biləsuvar rayonunda baş verib. Semur Məmmədquliyev aralarında baş verən mübahisə nəticəsində Şahin Şahverdiyevi döyərək qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 28 May 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















