“Bilet tapa bilməyən azarkeşlərimiz ağlayıb” “Şahdağ Qusar”ın prezidenti
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün 2-ci liqanın 24-cü turu çərçivəsində keçiriləcək “Şəfa” - “Şahdağ Qusar” oyunu futbol ictimaiyyətinin maraq dairəsindədi. Axı məhz bu oyunda çempionluğun taleyi həll oluna bilər.
Digər tərəfdən, “Şəfa” rəhbərliyi qusarlı azakeşlər üçün bilet qiymətinin 10 manat müəyyənləşdirməklə onları əməlli-başlı qıcıqlandırıb. “ASK Arena”ya təxminən nə qədər qusarlı azarkeşin gələcəyini, təhlükəsizlik məsələlərinin necə tənzimlənəcəyini öyrənmək üçün Qusar klubunun prezidenti Elçin Cananovla əlaqə saxladıq:
“Azarkeşlərə 514 bilet satıblar. Bütün biletlər tükənib. Bilet axtarırıq, tapa bilmirik. Hər kəs bilet axtarır, tapa bilmir. 16-17 yaşlı üç-dörd azarkeşimiz bilet tapa bilmədiyinə görə ağlayıb. 745 bilet satışa çıxarıblar, 514-ün satıblar. Qalan biletlər hanı? Bilmirik. Deyirlər hamısını sizə satmışıq, bizə gəlib çatan bilet sayı 514-dü. Əslində bizə ayrılan yer sayı 1040 olmalıydı. “Şəfa” dedi ki, 745 bilet mümkündü. Guya 745 bilet satışa çıxardılar, bizə 514 bilet verdilər. Biz istədik ki, hamısını bizə versinlər, iki saat sonra dedilər ki, biletlər tükənib. Azarkeşlərimizin təhlükəsizliyinin təmin olunması üçün “Şəfa” rəhbərliyinə məktub göndərmişik. Avtobusların dayanacaq ilə təmin olunması və s. və i.a. Yəqin ki, bu yöndə heç bir problem olmaz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 04 May 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















