İşıqforun qırmızı işığında sürücünü döyən 6 nəfər saxlanıldı; 3 ü həbs edildi VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İşıqforun qırmızı işığında sürücünü döyən 6 nəfər saxlanılıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Mersin şəhərində baş verən hadisə həvəskar kamera tərəfindən qeydə alınıb.
Məlumata görə, yol vermək üstündə düşən mübahisədə işıqforun qırmızı işığında 3 avtomobil yüngül ticarət maşınını əhatəyə alıblar. Avtomobillərdən düşən 6 nəfər digər sürücüyə hücum edib. Sillə, təpik, yumruq zərbələri alan şəxsin köməyinə ətrafdakı insanlar gəlib.
Çəkilən video sosial şəbəkədə yayımlandıqdan sonra polis hərəkətə keçərək müşahidə kameralarını izləyib və qısa müddət ərzində 6 şübhəli şəxsi saxlayıb. Həmin şəxslər polis idarəsində ifadələri alındıqdan sonra məhkəməyə gətiriliblər.
Hakimin qərarı ilə şübhəlilərdən 3-ü həbs edilib, digər 3-ü isə sərbəst buraxılıb.
Bundan əlavə, həbs olunanlardan biri yol hərəkəti qaydalarını pozduğuna və digər hərəkət iştirakçılarına təhlükə yaratdığına görə ümumilikdə 200 manat cərimə olunub və sürücülük vəsiqəsi 6 aylıq əlindən alınıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 26 Dekabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















