Icma.az
close
up
RU
Bilirəm ki, Azərbaycanda bu soyadı yaxşı tanıyırlar Mikels

Bilirəm ki, Azərbaycanda bu soyadı yaxşı tanıyırlar Mikels

Fanat saytına istinadən Icma.az xəbər verir.

Premyer Liqanın açılış oyununda nominal meydan sahibi olduğu matçda "Qəbələ" ilə bərabərliyə (1:1) razılaşan "Karvan-Yevlax"ın heyətində debüt edən Coy Sleyd Mikels Fanat.Az-a müsahibə verib:

- Oyunla bağlı fikirlərini bilmək istərdik.
- Birinci oyun idi. Bizim üçün çətin alındı. Qələbə qazanmaq istəyirdik. Düzdür, istəyimizə çatmadıq. Bir qədər məyusuq. Amma bir xal da pis nəticə deyil. Çalışacağıq ki, növbəti görüşlərdə daha yaxşı oynayıb qələbələr qazanaq. 

- Öz oyununu necə qiymətləndirirsən?
- Hücumçunun işi qol vurmaqdır. Məni öyrədiblər ki, qol vurum. Bu mənim vəzifəm, tapşırığımdır. Bu gün fərqlənməmişəmsə, özümdən razı qala bilmərəm. Debüt oyunum idi. Növbəti matçlarda komandama daha çox kömək etməyə çalışacağam. 

- Mikels soyadını daşımağın üzərində təzyiq yaradırmı? Çünki Azərbaycanda çıxış edən qardaşların Coy Lens Mikels və Leroy Mikels özlərini yaxşı tərəfdən tanıdıblar. 
- Bilirəm ki, Azərbaycanda bu soyadı yaxşı tanıyırlar. Bununla fəxr edirəm. Üzərimdə çalışmalıyam ki, soyadımı doğruldum. 

- Qardaşlarından hansı məsləhətləri alırsan?
- Bizim bir "WatsApp" qrupumuz var. Orada yazışırıq, məsləhətləşirik. Həmişə oyunlarımızı müzakirə edirik. Hansımız zəif oynayırsa, digərləri bunu bildirir, təhlil edirik. Bakıda olanda qardaşlarımla qalıram, rayonda olanda komandam ilə oluram.

- Debüt oyununu süni örtüklü meydanda keçirdin. Mane olmadı?
- Hər kəs bundan şikayətlənir. Son nəticədə hamı eyni şərtlər altında oynayır. Bəli, süni meydança problem yaradır, amma şərtlər hamı üçün eynidirsə, mən də alışmalıyam. 

- "Karvan-Yevlax" ev oyunlarını bir müddət Şamaxıda keçirəcək. Azarkeş amili sənin üçün nə qədər önəm daşıyır?
- Əlbəttə, doğma azarkeşlərin önündə oynamaq ayrıca üstünlükdür. Tərəfdarların dəstəyi futbolçuları qələbəyə ruhlandırır. Debütant olduğumuz üçün bizə belə motivasiya hava-su kimi lazımdır. Daim səfərdə oynamaq çətinlik yarada bilər.

- Çempionatdakı əsas hədəf nədir?
- Hədəfimiz Premyer Liqada qalmaqdır. Yaxşı komandamız var. İnanıram ki, məqsədimizə çatacağıq. Tədricən oyunlarımızı daha da yaxşılaşdırmalıyıq. 

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://fanat.az
archiveBu xəbər 18 Avqust 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri