Icma.az
close
up
RU
Bill Qeyts oxuculara tövsiyə etdiyi kitablar SİYAHI

Bill Qeyts oxuculara tövsiyə etdiyi kitablar SİYAHI

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Qarşıdan gələn bayram münasibətilə oxucuları təbrik edən “Microsoft” şirkətinin qurucusu, xeyriyyəçi və yazıçı Bill Qeyts bu və ya digər şəkildə dünyanı anlamağa kömək edən dörd kitab haqqında məlumat verib.

Modern.az “Azərbaycan müəllimi”nə isrinadən xəbər verir ki, onun siyahıda təqdim etdiyi kitablardan ikisi gələcəyə və süni intellekt və nəhəng texnoloji tərəqqinin bizim yaşamaq, öyrənmək və sevmək yollarımızı necə dəyişdirəcəyinə fokuslanıb.

Digəri cavab axtarmaq üçün keçmişə boylanır, keçmişdə liderlərin çətin anların öhdəsindən necə gəldiyi ilə bağlı təsəlliverici və valehedici dərs verir. Siyahının növbəti kitabı isə bugünkü dövrə aiddir. Bu kitab bizi əhatə edən cəmiyyətin heyrətamiz, görünməyən əsaslarını, sütunlarını qiymətləndirməyə kömək edir. 

Sizə Bill Qeytsin tövsiyə etdiyi kitabların siyahısını təqdim edirik:

1. “Tamamlanmamış bir eşq hekayəsi” (“An Unfinished Love Story”) – Doris Kerns Qudvin 

Bill Qeyts amerikalı yazıçı Dorisin böyük pərəstişkarı olduğunu, lakin onun yeni avtobioqrafiyasını oxumazdan əvvəl şəxsi həyatı haqqında çox şey bilmədiyini söyləyir. Kitabda ABŞ-nin son tarixi dövlərinin ən təlatümlü zamanlarının birində – Kennedi və Conson dövrlərində siyasi ekspert və spiker kimi xidmət edən mərhum həyat yoldaşı ilə həyatından bəhs edir. O bildirir ki, Doris o qədər istedadlı yazıçıdır ki, kitabın sevgi hekayəsindən bəhs edən bölmələri Kennedinin qətli və Vyetnam müharibəsi bölmələri qədər cəlbedici və maarifləndiricidir.

2. “Narahat nəsil” (“The Anxious Generation”) – Conatan Haydt

Bill Qeyts bu kitabın hazırda gəncləri böyüdən, onlarla işləyən və ya onları öyrədən hər kəs tərəfindən oxunmalı olduğunu qeyd edir. O, kitabın valideyn nəzarəti olmadan küçələrdə qaçdığı, bəzən çətinliyə düşdüyü gənclik illərinin bugünkü kimliyinin formalaşmasına necə kömək etdiyini düşünməyə vadar etdiyi söyləyir. C.Haydt oyunlara əsaslanan uşaqlıqdan telefona əsaslanan uşaqlığa keçidin uşaqların duyğularına necə təsir etdiyini və inkişaf etdirdiyini ətraflı izah edir. Müəllif ortaya sadəcə problem qoymur, həmçinin real həll yolları da təklif edir.

3. “Aydın görünən mühəndislik” (“Engineering in Plain Sight”) – Qreydi Hilhaus

Bill Qeyts yazır ki, əgər həyatınız boyunca heç olmazsa bircə dəfə qeyri-adi bir boruya baxıb onun nə olduğunu düşünmüsünüzsə, onda bu kitab mükəmməl seçimdir. Müəllif kabel qutularından transformatorlara və telefon qüllələrinə qədər hər gün gördüyümüz bütün sirli strukturların nə olduğunu, necə işlədiyini izah edir və heç bilmədiyiniz suallara cavab verir.

4. “Yaxınlaşan dalğa” (“The Coming Wave”) – Mustafa Süleyman

Kitabın müəllifinin elmi tarixə dərindən bələd olduğunu vurğulayan Bill Qeyts Mustafa Süleymanın süni intellektin genom redaktəsi kimi elmi nailiyyətlərlə birlikdə cəmiyyətin hər bir aspektini yenidən formalaşdırmağa hazır olduğu ilə bağlı indiyə qədər gördüyü ən yaxşı izahı verdiyini söyləyir. Kitabda hazırlaşmalı olduğumuz risklər və öhdəsindən gəlməli olduğumuz çətinliklərdən danışılır ki, təhlükələr olmadan bu texnologiyanın faydalarından yararlana bilək.

Bonus kitab: “Federer” – Doris Henkel 

Bill Qeyts bildirir ki, bu kitab hər kəs üçün deyil. Kitab olduqca bahalı, çəkisi isə kiçik bir itin çəkisinə bərabərdir. Lakin əgər siz və ya sevdiyiniz biri məşhur tennisçi Roger Federerin pərəstişkarıdırsa, onun həyat və fəaliyyətinə həsr olunan kitab sizin üçün maraqlı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Dekabr 2024 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri