Bina tikintisi zamanı bir neçə nəfər eyni mənzili alıbsa, bu halda nə etməli?
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Bəzən belə oıur ki, bir inşaat şirkəti müqaviləni bir neçə nəfərlə eyni mənzil üçün bağlayıb, pulları alıb, amma sənədi tək bir şəxsə vermək istəyir.
Qalanlar isə aldanıldığını düşünür.
Mülk hüququ baxımından bu məsələ necə müdafiə oluna bilər?
Hüquqşünas Uğur Əliyev bu barədə Gununsesi.info-ya danışıb.
“Tərəflər arasında bağlanmış mənzil alqı-satqı müqavilələrinin hər biri notarial qaydada rəsmiləşdirilməli və reyestrdə qeydiyyat olmalıdır. Əgər faktiki bir mənzili çox şəxslərə satıblarsa, bu, dələduzluğa və ya mülkiyyət hüququnun pozulmasına aiddir. Zərərçəkənlər məhkəmədə həmin inşaat şirkətinin müqaviləsini etibarsız saydıra bilər, ya da cinayət işi açılması mümkündür. Mülk hüququ üzrə vəkil bu prosesdə sənədləri incələyərək hər bir müştərinin müdafiəsini təşkil edir”,– deyə o bildirib.
Günay
Baxış sayı:43
Bu xəbər 01 Oktyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















