Icma.az
close
up
RU
Zəlzələ zamanı nə etməli?

Zəlzələ zamanı nə etməli?

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəlzələ bəşəriyyət tarixinin ən qorxulu təbii fəlakətlərindən biridir.

Tarix boyu dəhşətli zəlzələlər nəticəsində xeyli sayda insan itkisi baş verib, hətta bütöv şəhərlər yerlə yeksan olaraq, yer üzündən silinib. Azərbaycanda da zaman-zaman güclü və zəif ballı zəlzələlər hər zaman olub. Bir neçə gün əvvəl İranda baş verən və insan tələfatına səbəb olan güclü zəlzələdən sonra ölkəmizin bəzi rayonlarında da zəlzələ baş verməsi əhali arasında əməlli başlı təşvişə səbəb olub. Bəs bu təbii fəlakət anında necə davranmaq lazımdır? Nələrə əməl etmək lazımdır ki, maksimum dərəcədə özümüzü fəlakətdən qoruya bilək?

Milli.Az bununla bağlı məsləhətləri diqqətinizə çatdırır.

Zəlzələ vaxtı davranış qaydaları

Zəlzələ zamanı titrəyişlər insanda qorxu, əsəb və stress yaradır. Odur ki, zəlzələ baş verən zaman ilk olaraq insanlar sakit və təmkinli olmağa çalışmalıdır.

Zəlzələ zamanı özünüzü qorumaq üçün aşağıdakı qaydalara əməl etməlisiniz.

1. Əgər siz bina və ya torpağın silkələndiyini hiss edirsinizsə, buna əsəbi reaksiya verməyin (qorxudan qışqırmaq, başqa insanların psixologiyasına təsir edə biləcək hərəkətlər etmək və s.)

2. Əgər qapalı yerdəsinizsə, təcili stolun və ya çarpayının altına girin. Qapılar açıqdırsa, qapıların üst tirinin altında və ya otaqların daxili küncündə durun. Unutmayın ki, titrəyişlər zamanı birinci olaraq binanın xaric divarları çat verə və ya uça bilər. Odur ki, pəncərəyə tərəf qaçmaq, pəncərənin altında dayanmaq olmaz.

3. Zəlzələ zamanı ağır əşyaların (soyuducu, ağır mebellər və s.) yanında durmaq olmaz. Bu əşyalar sürüşüb üstünüzə aşa bilər.

4. Zəlzələ zamanı binadan qaçmaq, pilləkanlarda hərəkət etmək olmaz. Bu, olduqca təhlükəlidir. Pilləkanlar uçub tökülə bilər.

5. Əgər siz çoxmərtəbəli binada yaşayırsınızsa, zəlzələ zamanı lift və pilləkanlara tərəf qaçmayın. Qapı tiri altında və ya otağın daxili künclərində duraraq təkanların dayanmasını gözləyin.

6. Zəlzələ zamanı pəncərədən atılmayın. Bu, sizin zədələnməyiniz və ya ağır xəsarət almağınızla nəticələnə bilər.

7. Zəlzələ zamanı ictimai yerdəsinizsə, insanların daha sıx olduğu yerə tərəf qaçmayın. Özünüz üçün daha təhlükəsiz yer seçin. İmkanınız varsa, azyaşlı uşaqları da təhlükəsiz yerə çəkin.

8. Zəlzələ zamanı hündür mərtəbəli binanın qarşısındasınızsa, binanın qabağına qaçmayın.

9. Zəlzələ zamanı avtomobildəsinizsə, avtomobilinizi mümkün qədər körpülərin, hündür mərtəbəli binaların qarşısında saxlamayın.

10. Zəlzələ zamanı ikimərtəbəli kərpic binada və ya bünövrəsi möhkəm olmayan tikilidəsinizsə, oranı təcili tərk etməyə çalışın.

11. Unutmayın ki, zəlzələ zamanı bir necə dəfə təkanları hiss edə bilərsiniz. Odur ki, axıra qədər öz təmkininizi qorumağa çalışın.

12. Zəlzələ saniyələrlə davam edir. Titrəyişlər dayandıqdan sonra özünüzün və yaxınlığınızdakı insanların xəsarət alıb-almaması, uçqun təhlükəsinin olub-olmamasına diqqət yetirin. Yaralılar varsa, ona ilk tibbi yardım göstərin.

13. Zəlzələnin hər an baş vermə ehtimalı olduğuna görə əvvəlcədən yaşadığınız binadan və ya evdən zəlzələ zamanı ən təhlükəsiz yerlərə çıxmaq yolunu müəyyənləşdirin.

14. Mənzilinizdə ən təhlükəsiz yerləri (künclər, qapılar və s) əvvəlcədən müəyyən edin və mebelləri düzərkən bunu nəzərə alın.

15. Mənzildə ehtiyac olmadığı təqdirdə qaz, işıq və su xətlərini bağlayın.

16. İmkan daxilində ağır əşyaları rəflərdə saxlamayın və kitab rəflərini divara bərkidin.

17. İlkin tibbi yardım üçün lazım olan dərman vasitələri yığılmış çantanı hazırlıqlı saxlayın.

18. Çarpayınızı ağır mebellərdən və iri pəncərələrdən kənarda yerləşdirin.

19. Fövqəladə vəziyyətlərdə kömək çağırmaq üçün lazımı dövlət qurumlarının telefonlarını kitabçanıza əvvəlcədən yazın.

Bu telefonlar aşağıdakı kimidir:

1. Fövqəladə Hallar Nazirliyinin Xilasetmə xidməti - 112

2. Daxili İşlər Nazirliyi - 102

3. Təcili Tibbi Yardım - 103

Zəlzələ zamanı təhlükəsizlik tədbirləri görməklə özünüzü təhlükədən qoruya bilərsiniz.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see458

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see431

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see368

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see225

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see223

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see221

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see211

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see205

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see196

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see188

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see180

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see175

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see173

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see169

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see167

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see166

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see165

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see164

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see161

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri