Icma.az
close
up
RU
Binalar daha tez qocalmayacaq: Nəzarət daha da güclənəcək

Binalar daha tez qocalmayacaq: Nəzarət daha da güclənəcək

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yüksək binalar və komplekslər. Layihələndirmə normaları"nı təsdiqləyib. Qərara əsasən, binaların layihələndirilməsi layihə tapşırığı üzrə yerinə yetirilməlidir. Belə ki, layihələndirilən binalar yüksək məsuliyyət səviyyəsinə aiddir və konstruksiyalarının hesablama-istismar müddəti 100 ildən az olmayaraq qəbul edilməlidir. Bu o deməkdir ki, artıq binaların istismar müddəti 100 il olacaq. Bəs hazırda Bakıda mövcud olan binaların ömrü nə qədərdir? Yeni qanun necə tətbiq olunacaq?

Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, bu qanundan sonra binalara nəzarət daha da güclənəcək: "Layihələndirmə normalarının təsdiqlənməsi gözlənilən idi. Əslində deyə bilmərik ki, əvvəllər belə qaydalar ümumiyyətlə olmayıb. Hündür mərtəbəli binalarla bağlı normativ qaydalar həmişə olub. Sadəcə indi yüksək binalar və komplekslər üçün layihələndirmə normalarının bilavasitə yüksək məsuliyyət zonası daxilində qəbul edilməsi, müəyyən əmsalların tətbiq olunması, istismar müddətinin minimum 100 ilə qaldırılması onu deməyə əsas verir ki, bundan sonra bu istiqamətdə nəzarət daha da güclənəcək”. 

R.Osmanlının fikrincə, əvvəlki dövrdə inşa olunan binaların, xüsusilə də sovet dövründən qalmış köhnə tikililərin bir çoxunun istismar müddəti artıq başa çatıb: "Onlarda müəyyən bərkitmə işlərinin aparılmasına baxmayaraq faktiki olaraq istismar müddətini başa vurublar. Çünki əksəriyyəti beton konstruksiyalardan ibarətdir. Ötən əsrin əvvəllərində inşa olunublar, müəyyən tikinti standartlarının tələblərinə cavab vermirlər”. 

Ekspert düşünür ki, binaların tez sıradan çıxmasının səbəbi düzgün qulluq edilməməsidir: "2000-ci ildən bəri inşa olunmuş yeni tikililərlə bağlı da müxtəlif zamanlarda monitorinqlər həyata keçirilir. Onların keyfiyyəti, dayanıqlılığı istiqamətində müzakirələr aparılır. Həmin binaların içində keyfiyyətsiz olanlar da var. Amma əksəriyyəti, xüsusilə monolit beton binalar keyfiyyətlidir. Sadəcə istismar qaydaları, binaların saxlanması ilə bağlı işlərin qaydasında olmadığını, standartlara cavab vermədiyini söyləmək olar. Çünki çoxmənzilli binaların idarə olunması sahə mülkiyyətçilərinin nəzarətindədir. Dövlət nəzarətində deyil. Bir çox hallarda bina bir neçə il istismar olunduqdan sonra mənzil tikinti kooperativləri  müəyyən qurğu və avadanlıqların köhnəldiyini nəzərə alaraq həmin binaları tərk edirlər. Binalar zaman-zaman təmir olunmalıdır. Orada müəyyən fasad işləri, qurğuların vaxtında dəyişdirilməsi həyata keçirilməlidir. Amma bir çox hallarda bu işlər standartdan kənar aparılır və yaxud heç aparılmır. Bu səbəbdən 15 il bundan öncə inşa olunmuş bina elə görünür ki, elə bil 100 ildir mövcuddur”.

R.Osmanlı yeni qərar əsasında ediləcək digər dəyişikliklərdən də bəhs etdi: "Tikinti normaları ilə bağlı qaydaların tətbiq olunmasından sonra binalarda keyfiyyət göstəricilərinin daha da artırılması, eyni zamanda tikilən binaların ərazi planlaşması zamanı qeyd olunan tələblərə əməl olunması, yaşıllıq zonalarının salınması, ərazi üzrə müvafiq infrastrukturun yaradılması məsələlərində də ciddi nəzarət olacaq. Hətta 9 hektardan artıq sahəsi olan binalar üçün də ayrıca tələblər var. Bu səbəbdən düşünürəm ki, qanunlar bu sahədə keyfiyyəti bir qədər də artıracaq”. 

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov isə bildirdi ki, sovet dövründə inşa olunmuş binalar artıq istismara yararlı deyil. O səbəbdən həmin binalarda yaşamaq təhlükəlidir: "Xruşşovka”lar 60-cı illərdə tikilməyə başladı. Bu binaların istismar müddəti 40 il üçün nəzərdə tutulmuşdu. Lakin artıq 65 ilə yaxındır ki, bu binalar istismar olunur. 70-ci illərdə beton özüllü binalar inşa olundu. Bunlar 9 mərtəbəli fransız layihələridir. Bakıda mikrorayonların çoxu bu binalardır. Onların isə istismar müddəti 100 ilə kimi nəzərdə tutulub. Lakin burada düzgün istismar da çox vacibdir. Binalar vaxtaşırı əsaslı təmir olunarsa, onların istismar müddəti 100 il ola bilər. Bəzi mikrorayonlarda bu binaların düzgün istismar olunmaması nəticəsində onlar 50 il xidmət göstərdi. Həmin binalar yaşayış üçün qismən yararlı, qismən isə təhlükəli hesab olunur”. 

E.Azadovun fikrincə, tikinti şirkətləri istismardan sonra da bina ilə bağlı məsuliyyət daşısalar, binaların ömrü daha uzun ola bilər: "Mənim fikrimcə, 2000-ci ildən sonra inşa olunmuş 2500-ə yaxın yeni çoxmənzilli binalarda ciddi bir qüsur yoxdur. 2007-ci ildən sonra istismara qəbul olunmuş binaların da texniki, qurğu konstruksiya hissələrində fəsad mövcud deyil. Həmin binalar kifayət qədər dayanıqlıdır. Zamanla binaların üzərindən suvaq qatları qopur, düşür. Bu kimi qüsurlar olmasa, binaların digər daşıyıcı konstruksiyalarında ciddi problem yoxdur. O səbəbdən binaların aşınma dərəcəsinə uyğun olaraq vaxtaşırı suvaq və digər hissələrin bərpası lazımdır. Bu kimi hallar nəzərə alınaraq, tikinti şirkətləri bina ilə bağlı məsuliyyət daşımalıdır”. 

Memar, urbanist Səbinə Abbasova da düşünür ki, yeni qanunun uğurlu olması mümkündür: "Yeni normalar və qaydalar əgər yeni tikililərdə ciddi şəkildə tətbiq olunsa, şəhərin memarlıq keyfiyyətinə və ətraf infrastrukturun yaxşılaşmasına müsbət təsir göstərə bilər. Bu, xüsusilə də son illərdə qəbul edilmiş tikinti sıxlığına dair qanunla birlikdə həyata keçirilsə, daha balanslı şəhər inkişafına şərait yarada bilər. Yəni, yeni qanun və qaydalar ilə binaların konstruksiyaları və kommunikasiyaların keyfiyyətinin artırılması mümkündür”.

Mənbə: "Kaspi" qəzeti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see599

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see405

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see276

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see274

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see273

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see271

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see267

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see256

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see254

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see253

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see249

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see247

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see236

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see229

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see219

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see215

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see215

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see212

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see197

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri