Binə qəsəbəsində Atçılıq yaşayış massivinə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dekabrın 3-5-də saat 9:00-dan saat 15:00-a qədər Bakının Xəzər rayonundakı Binə qəsəbəsində Atçılıq yaşayış massivinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Məlumata görə, məhdudiyyət Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılması ilə bağlıdır.

