Binədə “qazi” sürücü nömrəsiz “Opel”lə qaydaları kobud şəkildə pozdu VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, “Bakavtomat” adlanan ərazidə qayda pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” ünvanına video göndərib. Kadrda “Opel” markalı avtomobilin sürücüsünün əks istiqamətə çıxaraq hərəkət etdiyi, daha sonra isə işıqforun qırmızı işığına məhəl qoymadan yolayrıcına daxil olduğu görünür. Həmçinin avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi də videoda aydın şəkildə əks olunub.
İzləyicinin iddiasına görə, özünü qazi kimi təqdim edən sürücü sükanı nəzərdə tutulandan çox sərnişinlə dolduraraq demək olar ki, hər gün qayda pozur. O, avtomobilin arxa şüşəsinə “Əlil” tanınma nişanı vurub. Kadrda sürücünün əlində əsanın olduğu da görünür. Şikayətçi bildirir ki, sürücü məhz bu statusdan istifadə edərək qaydaları pozur və digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 26 Sentyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















