Xaçmazda vəsiqəsiz sürücü “Opel”lə riskli manevrlər edib “TikTok”da paylaşdı VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını sosial şəbəkə hesabında yayıb.
Avtosfer.az-ın məlumatına görə, 38-BJ-780 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü “şou” göstərmək məqsədilə yolda təhlükəli manevrlər edib və bu görüntüləri qəsdən ictimailəşdirib. Videodan aydın olduğu kimi, o, bu zaman özüylə yanaşı, piyadalara da qəza şəraiti yaradıb. Kadrdan görünür ki, onlar qorxaraq geri çəkiliblər.
Paylaşılan digər görüntüdə isə onun minik avtomobilinin konstruksiyasına müdaxilə etdiyi açıq şəkildə əks olunub.
Bundan başqa, o, maşın sürməyə yaşının çatmadığını və bu səbəbdən avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyini videoda bildirib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 20 Noyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















