Icma.az
close
up
RU
Binəqədi rayonunda “Milli Qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir təşkil edilib

Binəqədi rayonunda “Milli Qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir təşkil edilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 iyun, AZƏRTAC

Binəqədi rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirildi.

AZƏRTAC xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının ilk təşəbbüskarlarından olan 91-lərin üzvü, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Əməkdar müəllim Asif Cahangirov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri - Kəmaləddin Qafarov, Azay Quliyev, Məlahət İbrahimqızı, rayon icra hakimiyyəti başçısının müavinləri və Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, məktəbəqədər və orta ümumi təhsil, tibb, mədəniyyət müəssisələrinin direktorları, ictimai birliklərin rəhbərləri iştirak edirdilər.

Tədbirin iştirakçıları Ümummilli Lider Heydər Əliyev adına istirahət parkında ucaldılan Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz uğrunda canlarından keçərək ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndi.

Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirdi ki, xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri də Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 İyun əsl Qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir. Bu gün Azərbaycan dünyanın döyünən ürəyinə, mərkəzinə çevrilən bir ölkə kimi beynəlxalq aləmdə də öz qətiyyətli sözünü deməkdədir. Çünki Ümummilli Lider Heydər Əliyevin ideyaları sarsılmaz, dönməzdir və bu ideyaları başda dövlətimizin başçısı İlham Əliyev olmaqla, bütün xalqımız yaşadır. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Növbəti çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov qeyd etdi ki, 15 İyun 1993-cü il Azərbaycanın tarixində müstəsna əhəmiyyəti olan tarixi bir gündür. Çünki həmin tarixdən başlayaraq dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində ölkəmiz sürətlə inkişaf etməyə başladı. Azərbaycanın üzləşdiyi problemlər, çətinliklər uğurlu siyasi strategiyanın həyata keçirilməsi ilə aradan qaldırıldı, respublikasımız və xalqımız nicat yoluna qədəm qoydu. Bu, Azərbaycanın xilasının, xalqın özünə qayıdışının tarixidir. Dünyaşöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının ilk təşəbbüskarlarından olan 91-lərin üzvü, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Əməkdar müəllim Asif Cahangirov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevi bütün xalq sevirdi, dünyanın böyük siyasətçiləri onunla hesablaşırdı. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və Ulu Öndərin dövlət quruculuğunda qoyduğu tarixi ənənə ölkə başçımız İlham Əliyev tərəfindən Azərbaycan xalqı ilə birgə uğurla həyata keçirilir. Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev olan müstəqil dövlətimizlə fəxr edir.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında qeyd etdi ki, 1993-cü ildə xalqın xahişi və təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir.

Tədbirin bədii hissəsində Əməkdar artist Aqşin Abdullayevin, beynəlxalq müsabiqələr qalibi, Prezident təqaüdçüsü vokal ifaçısı Amil Həsənoğlunun, Akademik Opera və Balet Teatrının solisti, “Tərəqqi” medalı mükafatçısı Aytən Məhərrəmovanın ifasında gözəl musiqilər səsləndi, “Gənclik” rəqs ansamblının ifasında rəqs nümunələri nümayiş etdirildi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2026 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri