Icma.az
close
up
RU
Milli Qurtuluşdan milli iradənin zəfərinə

Milli Qurtuluşdan milli iradənin zəfərinə

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

1990-cı illərin əvvəlləri Azərbaycan üçün həm tarixi fürsətlər, həm də ciddi təhlükələrlə müşayiət olunan bir dövr idi. 1991-ci ildə xalqımız böyük arzu ilə dövlət müstəqilliyini bərpa etsə də, həmin illərdə ölkə ciddi siyasi, iqtisadi və hərbi böhranlarla qarşı-qarşıya qaldı. Ölkə daxili çəkişmələr, idarəolunmazlıq, torpaq itkisi və xaos müstəqilliyimizi real təhlükə qarşısında qoymuşdu. Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüş Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində separatçı rejim qurmaqla elan olunmamış müharibəni davam etdirirdi.

Yaranmış bu ağır şərait milli birliyi təmin etməklə xalqı öz arxasınca apara biləcək və ölkəni bu bəlalardan xilas edə biləcək güclü bir liderə ehtiyacı olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu bu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət böyük idarəçilik və siyasi təcrübəyə malik, xalqımızın milli mənəvi dəyərlərinə daim sadiq olmuş Azərbaycanın görkəmli oğlu Heydər Əliyev idi. Lakin AXC-Müsavat cütlüyü və Vəzirov-Mütəllibov rejiminin səriştəsiz idarəçiliyi Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. O, Naxçıvanda olduğu müddətdə də xalqın maraqlarını qorumuş, Azərbaycanın dövlətçiliyinə sadiq olduğunu hər fürsətdə nümayiş etdirmişdi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyə bildirən Ulu Öndər bu sözlərinə bütün fəaliyyəti ilə sadiq qaldı.

Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ölkədə sabitlik pozulmuş, idarəetmədə dərin böhran yaşanmağa başlamışdı. Hakimiyyətə gələn AXC üzvləri dərhal öz aralarında mübarizəyə başlamış, ölkənin bütövlüyünü və müstəqilliyini təhlükə altına atmışdılar. Bir tərəfdə silahlı qiyamlar, digər tərəfdə torpaq itkisi və sosial-iqtisadi dağınıqlıq artıq Azərbaycanın varlığına təhlükə yaratmışdı. Bu şəraitdə xalqın yeganə ümid yeri Heydər Əliyev idi.

1993-cü ilin 15 iyun tarixində Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıdışı, ölkənin mövcudluğunu, müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaması baxımından xilaskarlıq missiyası kimi tarixə düşdü. Bu tarix sonradan Milli Məclisin qərarı ilə Milli Qurtuluş Günü elan edildi.

Həmin ilin oktyabr ayında prezident seçildikdən sonra Ümummilli Lider ilk növbədə ölkədə sosial- iqtisadi yüksəlişə yol açan ən mühüm amil kimi xalqın milli birliyini və ictimai siyasi sabitliyi bərqərar etdi. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və müdafiəsi üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirdi və məhz bunun sayəsində Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısı alındı. Milli məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu uğurla həyata keçirdi . Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi və sosial-iqtisadi sabitlik bərpa olundu.

Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirildi. Bu məqsədlə o, yerli və xarici jurnalistlər üçün mətbuat konfransları, brifinqlər keçirib, bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən məqsədyönlü siyasət nəticəsində Respublikanı informasiya blokqdasından çıxardı. Dünya Azərbaycanlılarının təşkilatlanması və onların ana vətən Azərbaycan ətrafında sıx birləşməsi istiqamətində mühüm addımar atdı. Nəticədə dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yöndə dəyişdivə bir çox dövlətlər Azərbaycana strateji tərəfdaş kimi baxmağa başladı. Bu isə beynəlxalq enerji layihələrinin və xarici sərmayələrin ölkəyə cəlb edilməsinə səbəb olmaqla Azərbaycanın düşdüyü ağır iqtisadi vəziyyətdən çıxmağına şərait yaratdı.

Heydər Əliyev yalnız bir lider deyil, həm də xalqın həmrəylik simvoluna çevrilmişdi. Onun iradəsi, uzaqgörən siyasəti və müdrik qərarları sayəsində ölkədə sabitlik bərqərar oldu, beynəlxalq əlaqələr quruldu, ordu quruculuğu sürətləndi və Azərbaycanın gələcək inkişafının əsası qoyuldu.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil resplikamızın davamlı inkişafında özünü biruzə verir. Regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün əsil mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi.

Ulu Öndərin ən böyük arzularından biri isə Azərbaycanın ərazi bütövlüyünün bərpası idi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik… Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan. Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti suyu – biz onlarsız yaşaya bilmərik” – deyən Heydər Əliyevin bu arzusu onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirildi. Bu, Qurtuluşun rəmzi olaraq həm də Ümummilli Liderin iradəsinə sadiqliyin göstəricisidir.

Prezident İlham Əliyev bu tarixi hadisənin əhəmiyyətini belə ifadə edir: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.”

15 İyun – Milli Qurtuluş Günü yalnız keçmişin deyil, həm də bu günümüzün və gələcəyimizin təməlidir. Bu gün Azərbaycan güclü, müstəqil və qalib dövlətdirsə, bunun əsasında 1993-cü ilin iyununda atılmış tarixi addım, Heydər Əliyevin xilaskarlıq missiyası dayanır.

Bu gün ulu öndər Hydər Əliyevin ali ideyalarının gerçəkləşməsində müstəsna xidmətləri olan dövlət başçımız İlham Əliyev ümummilli liderin müəllifi olduğu dövlətçilik prinsiplərini müvəffəqiyyətlə həyata keçirir. Onun atdığı addımlar Azərbaycanı güclü, eyni zamanda stabil və yüksək inkişaf tempinə malik davamlı inkişaf edən dövlət kimi dünya birliyində öz layiqli yerini tutması ilə nəticələnmiş və bu mövqeyini getdikcə möhkəmləndirməkdədir. Tarixi ədaləti bərpa etməklə 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfər və 21 sentyabr 2023-cü ildə dövlət suverenliyimizin bərpası, milli iradəmizin təntənəsi Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.

Günay Məmmədli

YAP Yasamal rayon Təşkilatı, “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə Ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyun 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see377

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see261

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see256

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see236

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see224

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see220

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see206

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see202

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see195

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see188

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see178

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see167

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see166

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see166

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see160

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see157

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri