Icma.az
close
up
RU
Milli Qurtuluşdan başlanan yol Qarabağa da nicat gətirib

Milli Qurtuluşdan başlanan yol Qarabağa da nicat gətirib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Zəngilan rayonunun Ağalı kəndində və Laçın şəhərində Yeni Azərbaycan Partiyasının Laçın və Zəngilan rayon təşkilatları “Milli Qurtuluşdan Böyük Qayıdışa: azad edilmiş ərazilərdə quruculuq və dayanıqlı inkişaf modeli” mövzusunda toplantılar keçirib.

Əvvəlcə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunub. Dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib və abidənin önünə gül dəstələri düzülüb. Sonra 15 İyun–Azərbaycanda Milli Qurtuluş Gününə, işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin bərpasına, quruculuq işlərinə həsr edilən videoçarx təqdim edilib.

Bildirilib ki, 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etməklə ölkədə ictimai-siyasi sabitliyin və davamlı inkişafın əsaslarını formalaşdırıb. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa, yenidənqurma və quruculuq işləri həyata keçirilir.

Natiqlər Milli Qurtuluş Gününün Azərbaycan tarixində müstəsna siyasi və tarixi əhəmiyyətə malik olduğunu vurğulayaraq qeyd ediblər ki, Ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası ölkəmizin hərtərəfli tərəqqisini təmin edib. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri, müasir şəhərsalma konsepsiyalarının tətbiqi, “ağıllı kənd” və “ağıllı şəhər” modellərinin reallaşdırılması Azərbaycanın güclü iqtisadi potensialının, məqsədyönlü dövlət siyasətinin və strateji inkişaf baxışının nəticəsi kimi dəyərləndirilib.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan xalqının Milli Qurtuluşdan başlayan inkişaf yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlib. Tarixi Zəfər və dövlət suverenliyinin tam bərpası nəticəsində ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri isə müasir Azərbaycan dövlətinin siyasi iradəsini, iqtisadi qüdrətini və inkişaf potensialını əyani şəkildə nümayiş etdirir.

İştirakçılar Zəngilan rayonunda və Laçın şəhərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar. Azad edilmiş ərazilərdə aparılan yenidənqurma layihələri Böyük Qayıdış Proqramının uğurlu icrasının və Azərbaycanın dayanıqlı inkişaf modelinin parlaq təzahürünə şahidlik ediblər.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri