Icma.az
close
up
RU
Binəqədi sakini dövlət dəstəyi ilə istehsalı genişləndirib

Binəqədi sakini dövlət dəstəyi ilə istehsalı genişləndirib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 fevral, Günel Türksoy, AZƏRTAC

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin sakini, 1996-cı il təvəllüdlü Əli Qurbanov qapı və pəncərə istehsalı sahəsində fəaliyyətini uğurla davam etdirir. O, 2015-ci ildən bu sahə ilə məşğuldur və hazırda qəsəbə ərazisində fəaliyyət göstərən sexində müştərilərə xidmət göstərir.

Bu barədə AZƏRTAC-a açıqlama verən Əli Qurbanov qeyd edib ki, 2023-cü ildə sahibkarlıq fəaliyyətini genişləndirmək və istehsal imkanlarını artırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edib. Müraciəti qeydə alınıb və agentlik tərəfindən ona daha müasir avadanlıqlar təqdim olunub. Yeni avadanlıqlar istehsal prosesinin sürətlənməsinə, məhsulun keyfiyyətinin yüksəldilməsinə və sifarişlərin daha operativ yerinə yetirilməsinə şərait yaradıb.

Kiçik sahibkar dövlət dəstəyinin onun fəaliyyətinə müsbət təsir göstərdiyini vurğulayıb. Əli Qurbanov təqdim edilən avadanlıqların öz adına keçirilməsi ilə bağlı da müvafiq olaraq müraciət etdiyini bildirib. Ona deyilib ki, bu istiqamətdə növbəlilik prinsipi tətbiq olunur və vaxtı çatdıqda avadanlıqlar rəsmi şəkildə onun adına keçiriləcək.

Əli Qurbanovun sözlərinə görə, istehsal fəaliyyəti əsasən mövsümi xarakter daşıyır. Belə ki, yay aylarında müştərilərin sayı əhəmiyyətli dərəcədə artır, qış mövsümündə isə iş nisbətən zəifləyir.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 72 min 600 gənci münasib işlərlə təmin edib. Özünüməşğulluq proqramı gənclərin kiçik sahibkarlığa çıxışında mühüm rola malikdir. Son 1 ildə həmin proqram çərçivəsində daha 2500 gəncə aktivlər verilməklə onlar üçün müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə kiçik bizneslər qurulub. 9500-dək gənc isə agentliyin peşə hazırlığı kurslarına cəlb edilərək müasir əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Fevral 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri