Binəqədidə pul və qızılzinət əşyaları oğurlandı
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Binəqədi rayonunda pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən pul və 2700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub:
"Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı A.Rəsulov müəyyən olunaraq saxlanılıb. Eləcə də keçirilən digər tədbirlə isə qəsəbə ərazisində yerləşən idman meydançasında bir nəfərin içərisində pulu və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən 33 yaşlı T.Fehruzlu saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır".
Baxış sayı:38
Bu xəbər 11 Dekabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















