Icma.az
close
up
RU
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil?

“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ermənistan sülh müqaviləsini imzalamaq üçün iki bəndi yerinə yetirməlidir".

Bunu Azərbaycan Pezidenti İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib.

“ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi sülh müqaviləsinin imzalanmasına maneələri aradan qaldıracaq”, - İlham Əliyev vurğulayıb.

Prezident deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 17 maddəsindən 15-i razılaşdırılıb: 

“Qarşılıqlı iddialardan çəkinmə, eləcə də sərhədimizə kənar qüvvələrin yerləşdirilməməsi ilə bağlı maddə razılaşdırılmayıb”.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə jurnalistlərə açıqlamasında demişdi ki, Ermənistanla sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Ermənistan hakimiyyəti Azərbaycanın şərtlərini yerinə yetirməlidir:

“Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına əngəl yaradan bir neçə amil var. Birincisi, Ermənistan Konstitusiyasında və qanunvercilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar əks olunub.

Rəsmi Bakı İrəvandan israrlı şəkildə konstitusiya dəyişikliklərinə getməyi tələb edir. Azərbaycanın bu tələbi, həqiqətən vacib şərtdir. Ermənistan Konstitusiya dəyişikliklərinə getmədiyi təqdirdə sülh sazişinin imzalanması qeyri-mümkün olacaq.

Digər əsas məsələ isə ATƏT-nin Minsk qrupunun buraxılmasıdır. 
Azərbaycan Ermənistanla birgə bu qurumun fəaliyyətinin dayandırılması ilə bağlı ATƏT-nin özünə müraciət etmək niyyətindədir. Rəsmi Bakı Ermənistanı buna dəvət edib. Amma İrəvan hələlik bundan imtina edir.

Bildiyimiz kimi, ATƏT-nin Minsk qrupunun əsasının qoyulmasının səbəbi “Dağlıq Qarabağ” münaqişəsinin nizamlanması ilə bağlı olub.

Bu münaqişə həlli tapdığına görə, Minsk qrupuna ehtiyac qalmayıb. 

Təəssüf ki, Ermənistan bu qurumun əssasız fəaliyyətində maraqlıdır.

Bu onu göstərir ki, Ermənistan sülhdə maraqlı olduğunu bəyan etsə də, Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək niyyətində deyil.

Qeyd edim ki, Ermənistan-Azərbaycan sərhədində təxribatla məşğul olan Avropa İttifaqının müşahidə missiyasının əsassız fəaliyyəti də sülhə əngəl yaradır.

Son dövrlər Polşa Prezidenti daxil olmaqla Avropalı nümayindələrin Azərbaycanla sərhədə gəlib həmin missiyanın üzvləri ilə şəkil çəkdirməsi və “binokul diplomatiyası” ilə məşğul olması onu göstərir ki, Ermənistanın bu missiyanın da fəaliyyətinin dayandırılmasını istəmir”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri