Icma.az
close
up
RU
Binokl diplomatiyası nda bir neçə məqsəd güdülür ANALİTİK

Binokl diplomatiyası nda bir neçə məqsəd güdülür ANALİTİK

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bunlardan biri regiona müdaxilədir


Çünki Azərbaycanın yaratdığı reallıq elə bir gücə malikdir ki, getdikcə regiondan kənar qüvvələr çıxır, sülh prosesinə müdaxilə edə bilmirlər


Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Ermənistana səfər edəcək. Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib. Məlumata görə, səfər yaxın həftələrə planlaşdırılıb. Ermənistan xarici qüvvələrin əlində alət olmaq missiyasını davam etdirir. Bir ildən çoxdur ki, Ermənistan ərazisində yerləşib, “mülki missiya” adı altında hərbi-kəşfiyyat fəaliyyəti aparan Avropa İttifaqı (Aİ) bu istiqamətdə daha çox fərqlənir.

 Qərbin həyata keçirdiyi bu layihə regional təhlükəsizliyin təmin edilməsinə əngəllər yaradır. Çünki bu amil Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına və yekun sülh sazişinin imzalanmasına mane olur. Bütün bunların fonunda həm missiya nümayəndələrinin sayı artırılır, həm də müddəti uzadılır. Halbuki Prezident İlham Əliyev dəfələrlə başqa ölkələrin nümayəndələrinin Azərbaycanla sərhəddə yerləşdirilməsinin sülh sazişinə əngəl törədən amil olduğunu bildirib. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, delimitasiya prosesi tam başa çatana qədər Azərbaycanla sərhəddəki vəziyyətin monitorinqini aparan Aİ-nin müşahidə missiyasına ehtiyac var. Xatırladaq ki, bir müddət əvvəl Avropa İttifaqının (Aİ) xarici əlaqələr üzrə ali nümayəndəsi Kaya Kallas Brüsselin Aİ-nin Ermənistandakı missiyasını uzatmaq niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, üzv dövlətlər bu təklifi müsbət qarşılayıblar və hazırda Aİ Şurasının müvafiq qurumları ilə zəruri hüquqi aktları müzakirə edirlər. Müddətin iki il uzadılması ilə bağlı qərarının yaxın günlərdə qəbul ediləcəyi gözlənilir. Hətta sadəcə kəşfiyyat funksiyaları  kifayətlənməyənlər paralel olaraq hərbi funksiyaların verilməsini də düşünürlər. Missiyanın bölmələrinin genişləndirilərək Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində də yerləşdirilməsi planlaşdırılır. 


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Avropa Birliyinin Ermənistanda apardığı siyasət öz səmərəsizliyini əyani şəkildə göstərdi və gərginlik yaratmaqdan başqa heç bir işə yaramadı. Deputatın sözlərinə görə, faktiki olaraq regionda gedən proseslərə ciddi təsir göstərməklə müsbət yox, mənfi imic qazandılar:

 "Missiyanın sonu yaxınlaşır, dövr bitir. Neyləmək lazımdır? Hansısa formada həmin missiyanın aktuallığını, vacibliyini, nə qədər "böyük işlər" gördüyünü sübut etmək lazımdır. Ona görə də "binokl diplomatiyası"nı aktivləşdirirlər. Amma bu missiya özünü doğrultmadı. Maraqlı tendensiyanı müşahidə edirik. Sadəcə, "binokl diplomatiyası"ndan yox, ümumiyyətlə, Avropa Birliyinin apardığı siyasətdən söhbət gedir. Avropa Birliyinin təşəbbüsləri getdikcə öz aktuallığını itirməyə başlayır. Bunun səbəbini düşünmək, problemlərin həllini fikirləşmək, prosesləri düzgün təhlil etmək əvəzinə, yenə köhnə siyasətdən, təxribatlardan əl çəkmirlər. Faktiki regionda mövcud vəziyyətə köhnə metodlarla müdaxilə edirlər. "Binokl diplomatiyası" da bunun tərkib hissəsidir. Ermənistan da bundan səmərəli istifadə edir. Həm Avropa Birliyi öz aktuallığını göstərməyə çalışır, həm də Ermənistan AB-dən nəsə qopartmaq, hansısa vəsaiti əldə etmək, "təhlükə və problem psixologiyasını" formalaşdırmaq üçün siyasət aparır. Bu iki təxribatçı siyasət üst-üstə düşərək regionda böyük təhlükə yaradır". 


Parlamentari qeyd edib ki, Avropa Birliyinin "binokl diplomatiyası"nda bir neçə məqsəd güdülür: 

"Bunlardan biri regiona müdaxilədir. Çünki Azərbaycanın yaratdığı reallıq elə bir gücə malikdir ki, getdikcə regiondan kənar qüvvələr çıxır, sülh prosesinə müdaxilə edə bilmirlər. Üçüncü tərəfin müdaxiləsinə ehtiyac duyulmadığına görə, Avropa Birliyi öz "aktuallığını" göstərməyə çalışır. Həm də artıq dünya dəyişir. ABŞ-də hakimiyyətə gələnlər hazırda sağlam düşüncə inqilabından, ümumbəşəri dəyərlərin qayıdışından, suverenlikdən, müstəqillikdən danışırlar. Avropadakı dəyərlər bu dəyərlərdən son dönəmlərdə kəskin şəkildə fərqlənməkdədir. Onlar faktiki ümumbəşəri dəyərlərdən imtina edərək qeyri-sağlam dəyərləri ölkələrə aşılamaq niyyətinə düşdülər. Qloballaşma adı altında sərhədlərin, ailənin lazım olmadığını və başqa məqamları aşılamağa çalışdılar. Çox təəssüflər olsun ki, indiki Avropa Birliyi qeyri-sağlam dəyərlərin əsasında öz siyasətini təşkil edir. Ona görə də böhran içindədir". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Yanvar 2025 07:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri