Bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə cərimələr artırılır AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
“Bioloji fəallığa malik qida əlavə” anlayışı “bioloji aktiv qida məhsulu” ilə əvəzlənir, həkim reseptinə yazılmasına görə cərimələr artırılır.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Baxış sayı:143
Bu xəbər 10 Dekabr 2024 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















