Bioloji yaşı ləngidən üsul tapıldı
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Qida rasionunda edilən qısamüddətli dəyişikliklərin yaşlı şəxslərin bioloji yaşına müsbət təsir etdiyi məlum olub.
Moderator.az xəbər verir ki, bu qənaətə Sidney Universitetinin tədqiqatçıları gəliblər. Araşdırmanın nəticələri "Aging Cell" elmi nəşrində dərc olunub.
Tədqiqata 65-75 yaş aralığında olan 104 nəfər cəlb edilib. Könüllü iştirakçılara tərkibindəki yağ, karbohidrat və heyvan mənşəli zülalın miqdarına görə bir-birindən fərqlənən müxtəlif pəhriz proqramları tətbiq olunub. Təcrübə müddəti ümumilikdə dörd həftə davam edib.
Baş verən dəyişiklikləri ölçmək məqsədilə mütəxəssislər xolesterol, insulin və C-reaktiv zülal səviyyələri başda olmaqla, 20-dən çox biomarkerdən istifadə ediblər. Əldə edilən göstəricilər əsasında alimlər orqanizmin ümumi vəziyyətini və qocalma tempini əks etdirən bioloji yaşı müəyyən ediblər. Nəticələr göstərib ki, düzgün balanslaşdırılmış qidalanma hətta qısa müddətdə orqanizmin "saatını" geri çəkməyə qadirdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 14 May 2026 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















