Icma.az
close
up
RU
“Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” beynəlxalq konfrans AZƏRTAC

“Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” beynəlxalq konfrans AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 dekabr, AZƏRTAC

Dekabrın 23-də Bakı Dövlət Universiteti (BDU) və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə BDU-nun 105 illik yubileyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda beynəlxalq konfransın və “Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi”nin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev universitetin fəaliyyətində elmi araşdırmaların təşkilinin, müasir tələblərə cavab verən infrastrukturun qurulmasının və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu deyib. Bildirib ki, ICESCO-nun dəstəyi ilə yaradılmış Biotibbi materiallar kafedrası elmi tədqiqat fəaliyyətlərində önəmli bir mərkəz kimi formalaşıb: “Bu kafedranın fəaliyyəti çərçivəsində həyata keçirilən tədqiqatlar biomaterialların tibbi tətbiqləri, müasir texnologiyaların insan sağlamlığına və ekoloji problemlərin həllinə inteqrasiyası sahəsində böyük nəticələr əldə etməyə imkan yaradıb”.

Rektor diqqətə çatdırıb ki, BDU ilə ICESCO arasında əməkdaşlıq çərçivəsində biotibbi materiallar və digər qabaqcıl texnologiyalar sahəsində beynəlxalq səviyyəli tədqiqatların aparılması, tələbə və gənc alimlərin ICESCO-nun təşkil etdiyi təcrübə proqramlarında iştirakının təmini, regionda müasir elmi texnologiyaların tətbiqini təşviq edən layihələrin həyata keçirilməsi, xüsusilə də ekoloji problemlərin həlli və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün birgə təşəbbüslərin reallaşdırılması, ICESCO-nun dəstəyi ilə beynəlxalq konfransların keçirilməsi və yüksək impakt faktorlu elmi jurnallarda birgə məqalələrin dərc edilməsi istiqamətlərində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələr arasında regional elmi mərkəzlərin şəbəkələşməsi və dayanıqlı inkişaf üçün innovativ texnologiyaların tətbiqi xüsusi yer tutur. Bundan əlavə, BDU təhsil və mədəniyyət sahələrində də ICESCO ilə əməkdaşlığı dərinləşdirmək, xüsusilə mədəni irsin qorunması, təhsildə rəqəmsal texnologiyaların tətbiqi və gənc nəslin qlobal çağırışlara uyğun olaraq yetişdirilməsi istiqamətlərində yeni imkanlar üzərində çalışır: “ICESCO ilə əməkdaşlığın dərinləşdirilməsi təkcə BDU-nun deyil, ümumilikdə Azərbaycanın elmi və təhsil potensialının güclənməsinə mühüm töhfə verəcək. İnanıram ki, birgə səylərimiz nəticəsində elm, təhsil və mədəniyyət sahəsində daha böyük uğurlara imza atacağıq”.

Elçin Babayev bildirib ki, Azərbaycanda elmin təşkilində müasir yanaşmaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Universitetlərin elmi tədqiqat mərkəzləri kimi inkişaf etdirilməsi və tələbələrin elmi fəaliyyətə cəlb olunması elm və təhsil inteqrasiyasını gücləndirir. Rektor bu baxımdan Azərbaycanla yanaşı, Türkiyədən, Qazaxıstandan, Bolqarıstandan da nümayəndələrin iştirak etdiyi “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda beynəlxalq konfransın və “Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi”nin faydalı olacağını bildirib.

Sonra ICESCO Baş direktorunun elm və texnologiyalar üzrə müşaviri Məhəmməd Şərifin videomüraciəti dinlənilib.

İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru Yusuf Baran son onilliklərdə universitetlərin elm, bilik öyrətməklə yanaşı, texnologiyaların, iqtisadi inkişafın əsasını qoyan mərkəzlər olduğunu qeyd edib. Xüsusilə sənaye inqilablarının dünyanın sürətlə dəyişməsində böyük rol oynadığını, universitetlərin isə bu inkişafın önündə getdiyini vurğulayıb. O, biotibb istiqamətində tədqiqatların qlobal ekoloji problemlərin həllində mühüm rola malik olduğunu bildirib, konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev, Bolqarıstanın Stefan Angelof adına Mikrobiologiya İnstitutunun professoru Milka Mileva, Qazaxıstanın Almatı Texnoloji Universitetinin Biotexnologiya kafedrasının müdiri Şolpan Abzxanova, Türkiyənin Yaşar Universitetinin Kənd təsərrüfatı bilikləri və texnologiyaları fakültəsinin dekanı İsmayıl Türkan çıxışlarında “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda beynəlxalq konfransın və “Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi”nin iqlim dəyişiklikləri, ekoloji problemlərin həlli, biotibbin inkişafı ilə bağlı qlobal çağırışlara cavab verdiyini, müxtəlif ölkələrin universitetləri, xüsusilə gənc tədqiqatçıları arasında əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsi baxımından faydalı olduğunu bildiriblər.

Konfransın plenar sessiyasında İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru Yusuf Baranın “Xərçəng xəstəliyində dərmana qarşı davamlılıq” və BDU-da ICESCO-nun Biotibbi materiallar kafedrasının müdiri professor Ülviyyə Həsənovanın “ICESCO-nun Biotibbi materiallar kafedrası: beynəlxalq əməkdaşlıq əsasında elm və tədqiqatlar” mövzularında məruzələri dinlənilib.

Beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri