Icma.az
close
up
RU
Naxçıvanda Akademik Zərifə Əliyeva adına biotibbi araşdırmalar mərkəzi açılıb AZƏRTAC

Naxçıvanda Akademik Zərifə Əliyeva adına biotibbi araşdırmalar mərkəzi açılıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 23 dekabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində Akademik Zərifə Əliyeva adına biotibbi araşdırmalar mərkəzi açılıb.

Universitetin Media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev mərkəzin açılmasının Naxçıvan Dövlət Universitetinin elmi mühiti üçün xüsusi əhəmiyyət daşıdığını deyib. Qeyd edib ki, yeni mərkəz tədqiqatçı alimlər, doktorantlar, dissertantlar, magistrlar, rezidentlər və elmi tədqiqat işləri ilə məşğul olan tələbələr üçün geniş imkanlar yaradacaq. Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun birgə tərəfdaşlığı ilə əsası qoyulan yeni elmi-tədqiqat mərkəzi universitetin Tibb fakültəsində yerləşir və tibbin müxtəlif sahələri, həmçinin biologiya və kimya elmləri üzrə araşdırmaların aparılması məqsədini daşıyır. Eyni zamanda, müxtəlif elmi sahələr üzrə birgə tədqiqatların həyata keçirilməsi üçün geniş imkanlar təqdim edir.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın görkəmli alimi, oftalmoloq Zərifə xanım Əliyevanın adını daşıyan mərkəzin əhəmiyyətini, alimin fəaliyyət istiqamətləri üzrə araşdırmaların aparılmasının, xüsusilə peşə xəstəlikləri və herontologiya kimi sahələrdə tədqiqatlara çox yer verilməsinin önəmini qeyd edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova bildirib ki, mərkəzin yaradılmasında əsas məqsəd görkəmli alim Zərifə Əliyevanın elmi məktəbinin davamçılarını yetişdirmək, eyni zamanda, hər iki müəssisənin potensialından istifadə etməklə dünya elmində tədqiqatların aparılmasına töhfə verəcək.

Tədbirdə Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, həmçinin Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kurortologiya və Tibbi Reabilitasiya İnstitutunun direktoru, Qazaxıstan Milli Kurort Assosiasiyasının prezidenti, professor Sayagul Kairgeldinanın çıxışları dinlənilib.

Sonra tədbir iştirakçıları Akademik Zərifə Əliyeva adına biotibbi araşdırmalar mərkəzi ilə tanış olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri