Icma.az
close
up
RU
BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 iyul, AZƏRTAC

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində magistratura səviyyəsində ilk dəfə olaraq “Biotibbi materiallar” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.

BDU-dan AZƏRTAC-a bildirilib ki, biotibbi materiallar müasir biologiya, biotexnologiya, materialşünaslıq və tibbin qovşağında formalaşan, innovativ tibbi texnologiyaların inkişafında mühüm rol oynayan perspektivli elmi istiqamətlərdən biridir. Dünyada biomaterialların, regenerativ tibbin, implant texnologiyalarının və biosensorların sürətli inkişafı, səhiyyədə innovativ həllərə artan tələbat bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını zəruri edir. Bu baxımdan BDU-da “Biotibbi materiallar” ixtisaslaşmasının açılması həm elmi, həm də praktiki baxımdan xüsusi aktuallıq kəsb edir.

“Biotibbi materiallar” ixtisaslaşması Azərbaycanda ilk dəfə magistratura səviyyəsində tədris olunacaq. Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanmış proqram biomateriallar, regenerativ tibb, implantlar, biosensorlar və innovativ tibbi texnologiyalar sahəsində peşəkar mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Magistrantlar biomaterialların layihələndirilməsi, sintezi, analizi və tibbi tətbiqləri üzrə fundamental nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər.

Tədris prosesində tələbələr BDU-nun müasir elmi laboratoriyalarında tədqiqat aparmaq, qabaqcıl laboratoriya avadanlığı ilə işləmək, beynəlxalq elmi layihələrdə və əməkdaşlıq proqramlarında iştirak etmək, eləcə də doktorantura təhsilinə hazırlıq imkanları əldə edəcəklər. Təhsil proqramı innovativ yanaşmalar və müasir elmi metodlar əsasında həyata keçiriləcək.

“Biotibbi materiallar” ixtisaslaşmasının məzunları elmi-tədqiqat institutları və ali təhsil müəssisələri, biotexnologiya və əczaçılıq şirkətləri, tibbi cihaz və biomaterial istehsalı müəssisələri, klinik laboratoriyalar və diaqnostika mərkəzləri, dövlət və özəl innovasiya layihələri, eləcə də biologiya, biotexnologiya və səhiyyə sahəsində fəaliyyət göstərən müxtəlif qurumlarda uğurla çalışa biləcəklər. Onlar, həmçinin yerli və beynəlxalq doktorantura proqramlarında təhsillərini davam etdirmək imkanı qazanacaqlar.

Yeni magistratura ixtisaslaşmasının yaradılması ölkədə biologiya və biotexnologiya sahəsində elmi potensialın gücləndirilməsinə, innovativ texnologiyaların inkişafına və əmək bazarının müasir tələblərinə cavab verən rəqabətqabiliyyətli yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri