Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir adamın adında Kəlbəcər varsa…

Bir adamın adında Kəlbəcər varsa…

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzən bir insanın adını çəkirsən, ardınca böyük bir el, böyük bir yurd gəlir. Bəzən də bir yurdun adını çəkirsən, yaddaşın səni böyük bir insana aparır.

Cavid Qurbanov deyiləndə Kəlbəcərin dağları, İstisuyu, Tutqunçayı, sazı, sözü, qüruru  göz önünə gəlir. Cavid Qurbanovun Kəlbəcərə bağlılığı doğulduğu torpağa bağlılıq ola bilməz. O, özü bir Kəlbəcərdir.

İnsan yurdunda yaşayanda yurd onun evi olur. Yurdundan didərgin düşəndə isə yurd onun ürəyinə köçür.

Kəlbəcərin işğal illərində on minlərlə kəlbəcərli öz doğma dağlarından uzaqda yaşadı. Evlər dağıdıldı, həyətlər viran edildi, məzarlar yox edildi. İnsanlar bir ovuc xatirəni götürüb Azərbaycanın hər tərəfinə səpələndilər.

O ağır illərdə Kəlbəcəri xəritədə qorumaq bəs eləmirdi. Kəlbəcəri insanların içində qorumaq lazım idi. Cavid Qurbanovun ən böyük xidmətlərindən biri elə bu oldu.

Kəlbəcərlinin Kəlbəcərə gedə bilmədiyi illərdə o, çoxlarının qapısını döyən Kəlbəcər oldu. Birinin dərdinə çatdı, digərinin təhsilinə kömək etdi, başqasının ümidsizliyinə ümid oldu. Və bunların heç birini danışmadı.

Axı yaxşılığı danışanda onun səsi azalır. Yaxşılıq səssiz ediləndə böyüyür. Cavid Qurbanov yaxşılığı özünə xidmət saymadı, özünə borc bildi. Kimsə ona təşəkkür edəndə hər zaman dedi ki,  mən nə etmişəm ki? Kəlbəcərliyə Kəlbəcərli əl tutub…

Onun etdiklərinin siyahısını yazmaq özünün də xoşuna gəlməz. Elə xarakter sahibidir ki, etdiyi yaxşılığı yadında belə saxlamır.

Onun damarlarında böyük bir söz yaddaşı da axır. O, Dədə Şəmşirin nəvəsidir. Aşıq Şəmşirin nəvəsi olmaq çiynində sazın görünməyən ağırlığını gəzdirməkdir. Bir elin qarşısında özünü borclu bilməkdir.

Saz bir xalqın danışan yaddaşıdır. Sazın sinəsinə qulaq versən, oradan Kəlbəcərin səsini eşidərsən. Bir simində Dəlidağ danışar, o birində Murov köks ötürər. Başqa birində qəriblik ağlayar. İndi o simlərdə qayıdış səslənir.

Cavid Qurbanov da saz-söz mühitindən gələn adamdır. Dövlət işinin sərt dili onun içindəki söz adamını öldürə bilməyib. Söz sahibi olmaq üçün vəzifə kifayət etmir. Bunun üçün yaddaş lazımdır. Bunun üçün kök, ürək lazımdır. Elə bağlılıq lazımdır ki, insan harada olursa-olsun, içində doğulduğu kəndin bir cığırı qalsın.

Cavid Qurbanov dövlət adamıdır. Dövlətinə və Prezidentinə sədaqətini fəaliyyətində əsas xətt kimi qoruyan şəxsiyyətdir.

Kim ondan söz açırsa, vəzifələrindən əvvəl adamlığı yada düşür. Cavid Qurbanovun qapısını döyən çox olub. Maddi kömək istəyən, iş istəyən, bəzən də heç nə istəməyib sadəcə dərdini danışmağa adam axtaranlar onun yanında olub. Ona uzanan əli havada qoymayıb.

Köçkünlük insanın yalnız evini əlindən almır, onun arxalanmaq hissini də yox edir. Sən birdən anlayırsan ki, uşaqlığın keçdiyi yerlərə gedə, atanın məzarını ziyarət edə bilmirsən, ananın səhənglə su gətirdiyi bulaq yoxdur. Hətta göyə baxanda gördüyün ulduzlar belə sənə əvvəlki kimi görünmür.

Bax, belə vaxtlarda insana bir arxa adam lazımdır. Cavid Qurbanov uzun köçkünlük illərində kəlbəcərlilər üçün belə bir ümid ünvanı oldu. Kəlbəcərli öz rayonuna gedə bilməyəndə onun qapısına gedirdi.

Sonra tarix dəyişdi. İllərlə Kəlbəcərə tərəf baxıb köks ötürən insanların yolu yenidən dağlara sarı döndü.

Çox qəribədir…

İnsan doğma torpağına qayıdanda anlayır ki, torpaq heç vaxt onu tərk etməyibmiş.

Kəlbəcər yaddaşda, danışıqda imiş. Kəlbəcər Dədə Şəmşirin sözündə imiş. Kəlbəcəri ömrünün bir parçasına çevirən insanın, Cavid Qurbanovun ürəyində imiş...

Bu gün Cavid Qurbanovun doğum günüdür.

Əslində, bu gün bir az da Kəlbəcərin ad günüdür.

Kəlbəcərin dərdinə illərlə çiyin vermiş, sevincini öz sevinci bilmiş, insanlarına ömründən pay ayırmış bir adam dünyaya gəlib bu gün.

Harada olmasından asılı olmayaraq, Cavid Qurbanov ömrünü “uf” demədən Kəlbəcərə xərcləyib.  Elə adamlar var ki, aldıqları ilə, elələri də var ki, paylaşmaqla zənginləşirlər.

Cavid Qurbanovun qazancı insanların duasıdır. Onun xarakterində keçmiş kişilərə xas bir ağayanalıq var.

Cavid Qurbanov haqqında çox danışmaq olar. Amma bir cümlə bir insanı anlatmaq üçün kifayət edir:

Kəlbəcərli dar gündə onun qapısını öz qapısı bilib. Bundan böyük titul, vəzifə varmı?

Cavid Qurbanova uzun ömür arzulayanda adi uzunömürlülük arzulamaq azdır. Biz ona Kəlbəcər uzunömürlülüyü arzulayırıq.

İnsanın əsl ömrü neçə insanın həyatından keçə bildiyindədir. Neçə adamın göz yaşını sildiyindədir. İnsan ömrünün həqiqi təqvimi budur.

Bu təqvimlə baxanda Cavid Qurbanovun ömründə çox adamın izi var. Həmin izlərin sahibləri ona uzun ömür arzulayırlar.

Ad gününüz mübarək, Cavid müəllim!

Qoy Dədə Şəmşir sazından gələn o qədim səs həmişə ocağınızdan eşidilsin. Etdiyiniz yaxşılıqları siz saymayasınız.

Nə yaxşı ki, bu gün ən böyük arzumuzu istədyimiz kimi deyə bilirik:

Kəlbəcər qədər uzun ömür yaşayasınız.

Kəlbəcər azaddır və əbədidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Sentyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri