UFC də qalmaqal: Karlos Prates İslam Maxaçevi qorxaqlıqda ittiham etdi
Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UFC döyüşçüsü Karlos Prates yarımorta çəki dərəcəsinin çempionu İslam Maxaçevi sərt tənqid edib.
Apasport.az xəbər verir ki, braziliyalı idmançı Maxaçevin yanvar ayında onunla döyüşməkdən imtina etməsinə münasibət bildirib.
Prates rəqibini qorxaqlıqda ittiham edərək onu gələcək qarşılaşmada məğlub edəcəyini söyləyib:
“Qorxdu və döyüşdən qaçdı. Geri qayıdıb Maxaçevi əvvəl planlaşdırdığımdan ikiqat ağır məğlubiyyətə uğradacağam. Qoy dərsini alsın və belə qorxaq davranmağı dayandırsın”.
Braziliyalı döyüşçü UFC rəhbərliyinin də bu qərardan narazı qaldığını iddia edib:
“UFC də çox qəzəbləndi. Əgər ciddi zədən yoxdursa, döyüşməlisən. Müqavilən bunun üçündür, bu sənin işindir. Döyüşmək istəmirsənsə, çempionluq kəmərindən imtina et və məsələ bitsin”.
Prates Maxaçevin yanvar ayında döyüşüb-döyüşməyəcəyi ilə bağlı qeyri-müəyyən mövqeyini də tənqid edib:
“Yanvarda döyüşəcəyinə əmin deyilsənsə, bu barədə danışma. Sus. Hətta zədəli olduğunu bəhanə gətirməyin belə bundan daha yaxşı olardı”.
Qeyd edək ki, İslam Maxaçev yanvarın 30-da keçiriləcək UFC 336 turnirində iştirak etməyəcək. Karlos Prates isə həmin gecə Maykl Moraleslə müvəqqəti çempionluq kəməri uğrunda qarşılaşacaq.
Maxaçev daha əvvəl bildirib ki, Prates və Morales bir-biri ilə döyüşərək əsas titul iddiaçısını müəyyənləşdirməlidirlər. Çempion həmin qarşılaşmanın qalibi ilə üz-üzə gəlməyə hazır olduğunu açıqlayıb.
Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub Savat üzrə Avropa çempionatında iki medal
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 03 Noyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















