Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Bir avtobusda qorxu, digərində şiddət: Necə reaksiya verək?

Bir avtobusda qorxu, digərində şiddət: Necə reaksiya verək?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzən bir neçə dəqiqəlik görüntü cəmiyyətdə illərlə müzakirə ediləcək suallar doğurur. Bir neçə gün öncə Bakıda marşrut avtobuslarından birində yaşlı bir qadın əlində bıçaqla sərnişinləri hədələdi, başqa bir avtobusda isə atanın qızını döyməsi ilə bağlı görüntü yayıldı. Hər iki hadisə kameraya düşdü, sosial şəbəkədə sürətlə yayıldı və müzakirələrə səbəb oldu. Birinci hadisədə bəziləri sürücünü passiv qalmaqda qınadılar, digərləri sərnişinləri müdaxilə etmədiklərinə görə ittiham etdilər. Bəziləri isə "qorxulu cəmiyyətik" deyib ümidsizliklə başını yellədilər. İkinci hadisədə isə sərnişin və sürücü ata ilə qızını sakitləşdirmək üçün cəhd etsələr də, yalnız polis gəldikdən sonra məsələ yerində həll olundu.

Bu hadisələrin doğurduğu suallar cəmiyyətin hər an qarşılaşa biləcəyi risklərin fonunda gündəmdə qalmağa davam edir: Psixi durumu pozulmuş, aqressiv insanlar ictimai yerlərdə sərbəst hərəkət edərkən cəmiyyət olaraq nə etməli, necə reaksiya verməliyik? Fors-major hallarında sürücülər üçün əməl etməli olduqları konkret qaydalar varmı?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon vəkil bürosunun əməkdaşı Əli Hüseynov Oxu.Az-a açıqlamasında deyib ki, bu cür fors-major hallarla bağlı qanunvericilikdə sürücülər üçün xüsusi bir məqam qeyd olunmayıb, lakin daşıdığı sərnişinlərin həyat və sağlamlığı üçün təhlükə yaranarsa, bunun qarşısını almaq və preventiv tədbirlər görmək sürücünün birbaşa vəzifə borcudur:

"Lakin fors-major hallarda - kimsə avtobusa avtomatla daxil olarsa, qumbara atarsa və s. - sürücü sıravi vətəndaşlardan heç nə ilə seçilmir. Hətta bu halda sürücünün polis kimi sinəsini güllə önünə vermək kimi vəzifəsi yoxdur".

"Bu situasiyada sürücünün avtobusu anında saxlayaraq hüquq-mühafizə orqanlarına müraciət etməməsi ona qarşı hansısa məsuliyyət yaradırmı?" sualının cavabına gəlincə, Ə.Hüseynov deyib ki, sürücü görmədiyini, diqqətinin yolda olduğunu deyəcəyi halda əksini sübut etmək çətindir:

"Əgər sürücü desə ki, "Mən hadisəni gördüm, lakin irəlidə polislə qarşılaşanda saxlamaq istəyirdim", yaxud "İrəlidə polis idarəsi var idi, oraya çatmaq üçün sürürdüm", ya da "Özümü bıçağın qabağına niyə verməliydim?" - bu halda nə deyəcəksiniz?"

"Sözügedən situasiya olduqca ekstremal haldır. Həmin qadının ruhi sağlamlığı şəxsən məndə çox böyük şübhələr doğurur. Ehtimal edirəm ki, həmin qadın anlaqlı vəziyyətdə olmayıb. Bu halda isə həmin şəxs soyuq silahla ictimai asayişi kobud şəkildə pozduğu üçün o, qapalı tipli psixiatriya xəstəxanasında məcburi müalicə edilə bilər. Hesab edirəm ki, bu, ədalətli olar. Əks halda isə onun bu hərəkətinin bir motivi olmalıdır: Bunu niyə edib?" - deyə Ə.Hüseynov qeyd edib.

Uzman psixiatr Fuad Bəşirov Oxu.Az-a açıqlamasında deyib ki, ictimai yerlərdə qeyri-adekvat hərəkətlər sərgiləyən şəxslərlə mübahisə etməmək, sual verməmək və davranışlarına eyni tərzdə reaksiya vermədən təmkin nümayiş etdirmək vacibdir:

"Belə hallarda ətrafda qorxuya düşən insanları, xüsusilə də uşaqlar və gənc xanımlar varsa, onları qorumaq, tək buraxmamaq vacibdir. Qeyri-adekvat davranış sərgiləyən şəxsə qarşı sakit münasibət göstərmək onun aqressiyasını artırmır. Belə insanlar ətrafdakıları tez-tez özlərinə qarşı təhdid kimi qəbul edir və paranoik düşüncə fonunda aqressiv reaksiya verirlər. Əgər onlara qarşı da aqressiya nümayiş etdirilsə, bu düşüncələri təsdiqlənmiş kimi qəbul edir və daha təhlükəli ola bilirlər. Buna görə də onlara qarşı səssiz və neytral qalmaq lazımdır".

F.Bəşirovun sözlərinə görə, bir çox hallarda psixi problemi olan şəxslər yalnız vəziyyət ağırlaşandan sonra həkimə aparılırlar:

"Maddi çətinlik və ya laqeydlik səbəbindən həmin şəxslərin müayinədən keçirilməsi, dərman təminatı gecikir ki, bu da həm onların sağlamlığına zərər vurur, həm də ictimai təhlükə yaradır. Bunların qarşısını tamamilə almaq mümkün deyil. Böyük şəhərlərdə belə hallarla rastlaşacağıq. Amma ictimai yerlərdə - xüsusilə avtobuslarda məsul şəxslər, məsələn, sürücülər və ya köməkçilər bu kimi situasiyalarda necə davranmalı olduqları ilə bağlı maarifləndirilməlidirlər. Ən düzgün yanaşma öncə şəxsi təhlükəsizliyi təmin etmək, daha sonra ətrafdakı insanları qorumaq və nəhayət, hüquq-mühafizə orqanlarına məlumat verməkdir".

Son günlər ictimai nəqliyyatda bıçaqla sərnişinləri hədələyən qadının görüntülərinə də toxunan həkim qeyd edib ki, qadın anlaqsız vəziyyətdə olub:

"Belə hallarda həmin şəxslərin yaxınları məsuliyyət daşıyırlar. Niyə ona nəzarət etməyiblər, niyə tək buraxıblar? Bu, ailə səhlənkarlığıdır. Digər situasiyada - atanın qızını döydüyü məqamda isə şəxs ictimai qaydaları bilərəkdən pozulub. Bu artıq antisosial davranışdır".

F.Bəşirov deyib ki, ümumilikdə aqressiv hallarla qarşılaşdıqda haqlı və ya haqsız olmağımızdan asılı olmayaraq, üzr istəmək münaqişənin böyüməsinin qarşısını alır:

"Qışqıran, yolda səbəbsiz siqnala basan birinə sakit yanaşmaq onların öz davranışlarını dərk etməsinə səbəb olur. Əks halda, eyni davranışları təkrarlamağa davam edirlər".

Fuad Bəşirov psixi sağlamlıqla bağlı maarifləndirmənin vacibliyini də vurğulayıb:

"İnsanlar bilməlidirlər ki, əgər tez-tez əsəbiləşirlərsə, hərəkətlərinə nəzarəti itirirlərsə və sonradan peşman olurlarsa, bu zaman psixiatr yardımına ehtiyacları ola bilər. Bu, ayıb deyil - əksinə, özünü qorumağın ən sağlam yoludur".

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 May 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri