Icma.az
close
up
RU
Kişilər də şiddət yaşayır...

Kişilər də şiddət yaşayır...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Dünyanın 60-dan çox ölkəsində qeyd olunan gün

Adətən qadınlara qarşı fiziki və psixoloji zorakılıq halları gündəmə gətirilir. Belə hallar istər Azərbaycanda, istərsə də digər ölkələrdə tez-tez qarşılaşdığımız hadisələrdəndir. Etiraf edək ki, “zorakılıq” sözü işlənərkən, ağla ilk gələn məhz qadınlar olur. Ancaq bu bir faktdır ki, dünyada artıq kişilərə qarşı da aqressiya artan tendensiya ilə davam etməkdədir.

Maraqlı statistika...

BMT-nin son illər apardığı araşdırmalara görə, ailədaxili və məişət zorakılığı zamanı qurban rolunda kişilərin sayı çoxalmağa doğru gedir. ABŞ Ədliyyə Departamentinin məlumatına əsasən, qadınların həyat yoldaşları ilə mübahisə zamanı 2,5 dəfə daha çox bıçağa əl atdığı, 2 dəfə çox isə öz partnyorlarına ağır xəsarətlər yetirdiyi bildirilir.

Rusiyada və ABŞ-da həyat yoldaşını öldürən hər 100 kişiyə ərini öldürən 75 qadın düşür. Ekspertlər yaxın onilliklərdə bu nisbətin bərabər olacağını iddia edir. Böyük Britaniyada 2018-ci ildə keçirilən sorğu zamanı rəyi soruşulan 38 faiz qadın və 24 faiz kişi tərəf müqabilinə fiziki şiddət göstərdiyini etiraf edib.

Statistikaya görə, 40 milyon əhalisi olan Keniyada 2,1 milyon kişi qadınlar tərəfindən fiziki və psixoloji şiddətə məruz qalır. Keniyalı sosioloqlar işsiz və yaşı 40-ı keçmiş kişilərin daha çox istismar edildiyini bildirirlər. Ölkədə qadınlar ərlərini aldadır, onları ev işlərini görməyə və uşağa baxmağa məcbur edirlər.

Kişi sığınacaqları olan ölkələr

Artıq bir çox ölkələrdə kişilərin hüquqlarını müdafiə komitələri və kişi sığınacaqları var. Məsələn, Türkiyədə, İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir. Bu sığınacaqlara hansısa fəlakətdən çətin vəziyyətə düşən, cinsi oriyentasiyasına görə təzyiqə məruz qalan kişilər də sığına bilir.

Türkiyədə kişilər üçün sığınma evlərinin ən məşhuru Konyada yerləşir. Bura müraciət edənlərin böyük əksəriyyəti həyat yoldaşı və uşaqları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. İldə ən azı 400-500 nəfər yardım məqsədilə buraya müraciət edir, bəziləri isə sığınacağın uzunmüddətli qonağına çevrilir.

Azərbaycanda vəziyyət necədir?

Digər ölkələrlə müqayisədə Azərbaycanda kişilərə qarşı zorakılıq halları azdır. Ancaq ölkəmizdə kişilər daha çox psixoloji zorakılığa məruz qalırlar. Belə ki, bəzən ahıl kişilər öz gəlini, həyat yoldaşı, hətta nəvəsi tərəfindən fiziki zorakılığa uğrayır. Həmin yaşlarda onlar fiziki cəhətdən özlərini qoruya bilmir, yaxud sağlamlıq imkanları məhdud olur. Bu səbəbdən zorakılıqla qarşılaşa bilirlər.

Respublikamızda hər il məişət zorakılığı ilə bağlı təxminən 850-yə qədər cinayət işi qeydə alınır. Belə ki, son bir neçə il ərzində zorakılıq hallarının 86 faizi qadınlara qarşı törədilib. 14 faiz zorakılıq halı isə kişilərə qarşı olub.

Məişət zorakılığının başvermə səbəbləri əsasən ailədaxili söz-söhbətlərdir. Kişilərə qarşı baş verən məişət zorakılığında daha çox kişinin ailə vəzifələrini yerinə yetirməməsi, evə qazanc gətirməməsi, qayınana və qayınatanın ailədaxili işlərə müdaxilə etməsi, eləcə də sözügedən tərəflərin yola getməməsi və s. səbəb göstərilir.

Yeri gəlmişkən, noyabrın 19-u bütün dünyada Beynəlxalq Kişilər Günüdür. Bu bayramı ilk dəfə 1999-cu ildə Karib dənizinin cənub hissəsində olan ada dövlətləri Trinidad və Tobaqo sakinləri keçiriblər. Dünyanın 60-dan çox ölkəsində qeyd olunan Beynəlxalq Kişilər Gününün keçirilməsində məqsəd onların ailədə və uşaqların tərbiyəsində rolunu artırmaq və onlara qarşı olan diskriminasiyanın qarşısını almaq, kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərə qarşı olan ayrı-seçkiliyi nəzərə çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və naliyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Əsas məqsəd isə insani dəyərləri önə çəkməkdir.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Noyabr 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri