Icma.az
close
up
RU
Bir azərbaycanlıya görə bütün ölkə cəzalandırıldı ? Qalmaqallı qərar

Bir azərbaycanlıya görə bütün ölkə cəzalandırıldı ? Qalmaqallı qərar

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Monteneqro hökumətinin qərarına əsasən, 2026-cı ilin 15 yanvar tarixindən etibarən Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq olunacaq. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif iddialar səslənir. Belə ki, qərarın fonunda son aylarda Monteneqroda yerli əhali ilə yaşanan insidentlər və bu hadisələrdə azərbaycanlıların da iştirak etməsi diqqət çəkir.

İddialara görə, məhz bu cür hallar vizasız rejimin ləğvinə təsir göstərə bilər.

Deyilənlər nə dərəcədə reallığa uyğundur? Azərbaycanlılara başqa hansı məhdudiyyətlər qoyula bilər? 

Globalinfo.az-a danışan siyasi şərhçi Şakir Ağayev deyib ki, Monteneqro hökumətinin bu qərarı təəssüf doğurur.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin turist kimi ən çox səfər etdiyi ölkələrdən biri Monteneqrodur və bu, həmin ölkənin turizminin inkişafında mühüm rol oynayır:

“Son dövrlərdə Monteneqroda bir sıra hadisələr baş vermişdi. Məsələn, Türkiyə və Azərbaycan vətəndaşlarının iştirakı ilə insident yaşandı, nəticədə həmin şəxslər həbs edilsələr də, sonradan azad olundular. Hesab etmirəm ki, bu insident viza rejiminin ləğv olunması üçün əsas səbəb ola bilər. İnsan amilinin olduğu yerdə mübahisələr, dava və ya digər insidentlərin istənilən ölkədə baş verməsi mümkündür. Dünyanın inkişaf etmiş və ya geridə qalmış ölkələrində turistlər arasında mübahisələr və bəzən ciddi cinayət hadisələri də qeydə alınır. Lakin bir və ya bir neçə insidentə görə bütün ölkə vətəndaşları üçün viza rejiminin ləğvi qəbuledilməzdir. Hələ ki, rəsmi açıqlama verilməyib, amma bu qərarın arxasında müəyyən səbəblər ola bilər. Monteneqro hökuməti məsələyə aydınlıq gətirməlidir”.


Şakir Ağayev

Şakir Ağayev deyib ki, Azərbaycan bu ölkə ilə həmişə dostluq münasibətləri saxlayıb:

“Azərbaycanın Monteneqroda investisiyaları, o cümlədən SOCAR-ın layihələri mövcuddur. Bütün bu amillər nəzərə alındıqda, vizaların açıqlama olmadan ləğv edilməsi başa düşülən deyil. Turistlərin insan amili ilə bağlı mübahisə və ya dava yaşaması mümkündür, amma bu səbəbdən bütün ölkə vətəndaşlarına qarşı viza rejimini ləğv etmək ağlabatan görünmür. Hüquq çərçivəsində həmin şəxslər cəzalandırılmalıdır. Monteneqro hökuməti mütləq olaraq rəsmi açıqlama verməli, səbəbləri və qaydaları bildirməlidir”.

Vəkil Ramil Süleymanov qeyd edib ki, hər bir dövlət öz miqrasiya qanunvericiliyini, o cümlədən ölkəyə hansı turistlərin, hansı ölkələrdən və hansı ərazilərdən daxil ola biləcəyini tənzimləmək hüququna malikdir:

“Eyni qayda Azərbaycan Respublikasına da aiddir. Azərbaycan digər ölkələrlə münasibətdə oxşar tədbirlər tətbiq edə bilər. Lakin ölkələr arasında bu cür gərginliklərin yaranması xoşagələn hal deyil. Belə vəziyyətlərdə viza prosedurlarını və viza rejimini dəqiq müəyyənləşdirmək vacibdir”.


Ramil Süleymanov

Vəkil onu da əlavə edib ki, turizm şirkətləri və səyahət agentlikləri bu məsələləri öncədən dəqiqləşdirməli, vətəndaşlara müfəssəl və vaxtında məlumat verməlidirlər:

“Qeyd etmək lazımdır ki, əgər Azərbaycan vətəndaşları qarşı ölkədə ayrı-seçkilik və ya hüquq pozuntusu ilə üzləşərsə, onlar oradakı müvafiq məhkəmələrə müraciət edə bilərlər. Bundan əlavə, daxili instansiyaları keçdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə də şikayət vermək imkanı mövcuddur”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri