Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Bir coğrafiyadan digərinə...

Bir coğrafiyadan digərinə...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Beynəlxalq Miqrant Günüdür!

Miqrasiya və miqrantlar mövzusu müasir dünyada geniş müzakirələrə səbəb olan aktual məsələdir. Miqrasiya insanların fərdi və ya kütləvi şəkildə bir coğrafiyadan digər coğrafi məkana köç etməsi, orada məskunlaşması, işləməsi mənasını verən beynəlxalq termindir. Baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötüşmür.  Qanuni və qanunsuz, beynəlxalq və ölkədaxili, könüllü və məcburi, daimi və müvəqqəti, ailə birliyi və “beyin axını” kriteriyaları ilə təsnifatlaşdırılan miqrasiyanın coğrafiyası və həcmi genişlənib. Hətta son dövrlər miqrasiyanın yeni tipləri - yüksək təsnifatlı kadrların miqrasiyası və çox vaxt qanunsuz miqrasiyaya əsas verən ixtisassız şəxslərin miqrasiyası formalaşıb. Məcburi miqrasiya tendensiyası da artıb. Hər dövlətin bu prosesi milli maraqlar, miqrasiya qanunları ilə tənzimləməsi son dərəcə vacib məsələdir. Bu bəşəri prosesin genişlənməsinin əsasında müxtəlif səbəblər durur. Səbəblər isə sosial-iqtisadi, mədəni-siyasi, etnik-dini məqamlarla bağlı məcburi və ya könüllü xarakterlidir.

Demoqrafik proseslərin formalaşmasında...

Bu gün miqrasiya bütün dünyada sosial dəyişikliklərin bir faktoru kimi diqqət çəkir. Söz yox ki, miqrasiya demoqrafik proseslərin formalaşmasında mühüm rol oynayır və əhalinin etnik-mədəni tərkibini yaradır. Reallıq budur ki, bu gün beynəlxalq münasibətlər sistemində miqrasiya geosiyasəti artıq yeni formalaşan bir istiqamət statusu qazanıb.

Yeri gəlmişkən, bu gün bütün dünyada Beynəlxalq Miqrant Günüdür. 1990-cı il 18 dekabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edib. İlk beynəlxalq miqrantlar günü ilə bağlı tədbirlər Filippinin paytaxtı Maniladakı BMT binasında - yerli idarəçilər, xarici diplomatlar və beynəlxalq sivil quruluşlarının nümayəndələri tərəfindən keçirilib. 2000-ci ildə isə BMT Baş Assambleyası Konvensiyanın qəbul olunduğu günü Beynəlxalq Miqrant Günü elan edib. Azərbaycan bu Konvensiyaya 1998-ci ildən qoşulub.

Azərbaycanın miqrasiya siyasəti

1993-cü ildən etibarən ölkəmizdə miqrasiya sahəsində ardıcıl tədbirlər görülüb, qanunvericilik təkmilləşdirilib. İqtisadi inkişafın və sabitliyin təmin olunması, neft layihələrinin gerçəkləşməsi xarici investorların və əməkçi miqrantların ölkəmizə axınına səbəb olub.

Ötən əsrin 90-cı illərində Heydər Əliyevin başçılığı altında Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə milli, müstəqil miqrasiya siyasəti həyata keçirilməyə başlayıb. Bu tarixi bir nailiyyət idi. Çünki sovetlər dönəmində respublikaların miqrasiya spesifikası nəzərə alınmırdı. Ümumi siyasi ideoloji xətt əsasında bir çox azsaylı xalqların məcburi deportasiyası da sovet dönəmində baş verən hallardan idi. Əvvəllər deportasiya olunaraq Gürcüstana, oradan da Orta Asiya Respublikalarına köçürülən məshəti türkləri 1989-cu ildə Özbəkistanda baş vermiş münaqişə nəticəsində Azərbaycana pənah gətirdi. 1989-1991-ci illər ərzində onların sayı 51 649 nəfər təşkil edirdi.

Bu cür fövqəladə miqrasiya vəziyyətində tarixi nailiyyət olan suveren Azərbaycanın müstəqillik taleyi də, demək olar ki, həm də miqrasiya siyasətinin təməllərini düzgün müəyyənləşdirməkdən birmənalı şəkildə asılı idi. 1990-cı illərdə miqrasiya siyasəti sahəsində qəbul olunan qanunlar, verilən fərmanlar, imzalanan beynəlxalq sənədlər, miqrasiyanın idarə olunması ilə bağlı milli strategiyanın müəyyənləşməsi diqqəti cəlb edir.

Xüsusilə qeyd etmək lazımdır ki, hazırda dövlətimiz BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam və vaxtında əməl edir. O cümlədən, Azərbaycan BMT-nin Miqrasiya Təşkilatı ilə mütəmadi əməkdaşlıq edərək qoşulduğu Konvensiyanı yerinə yetirmək, həmçinin miqrasiya məsələsinə qlobal miqyasda yanaşmağı özünə prioritet seçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl tədbirlər görülür. Azərbaycanın miqrasiya sahəsindəki siyasəti ölkənin sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı, miqrantların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə yönəlib.

Ən çox miqrant olan ölkələr

Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) rəsmi hesabatlarında dünyanın ən çox miqrant olan on ölkəsi açıqlanıb. Hesabata əsasən, dünyada ən çox miqrant olan ölkələr arasında birinci yerdə ABŞ dayanır. Belə ki, hal hazırda bu ölkədə 50,6 milyondan çox miqrant yaşamaqdadır.

İkinci yerdə isə 15,8 milyon miqrantla Almaniya qərarlaşıb. Qəribə olsa da üçüncü yerdə Səudiyyə Ərəbistanı Krallığıdır ki, burada miqrant sayı 13,5 milyon təşkil edir.

Dördüncü yerdə 11,6 milyon miqrantla Rusiya, beşinci yerdə 9,4 milyon miqrantla Böyük Britaniya qərarlaşıb. Sürətlə inkişaf etməkdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 8,7 milyon miqrantla altıncı sırada yer alır.

Miqrant sayına görə, Fransa 8,5 milyon miqrantla yeddinci, Kanada 8 milyon miqrantla səkkizinci sıradadır. 7,7 milyon miqrantla doqquzuncu yerdə Avstraliya yer alıb. 10-cu yerdə isə 6,8 milyon miqrantla İspaniya qərarlaşıb.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Dekabr 2024 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri